Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

İsrail Türkiyəni “İŞİD-lə əlbirlikdə” ittiham edir


Moshe Yaalon
Moshe Yaalon

İsral müdafiə naziri Moshe Yaalon iddia edib ki, Türkiyə “cihadçıların Avropadan Suriya və İraqa və ya əksinə hərəkəti üçün şərait yaradır”

İsrailin müdafiə naziri Türkiyəni, özünü İslam Dövləti adlandıran təşkilatdan neft almaqla onu maliyyələşdirməkdə ittiham edib.

Afinada çıxış edən Moshe Yaalon deyib ki, İŞİD öz neftini Türkiyəyə çox uzun müddətdə satıb.

Türkiyə İŞİD-lə hər hansı neft sövdələşməsində olduğu barədə iddiaları rədd edir və ABŞ Rusiyanın belə ittihamlarının təkzib olunmasında Ankaranın tərəfini saxlayır.

“Terrora qarşı hər hansı formada iştirak edib-etməmək Türkiyənin, Türkiyə hökumətinin və Türkiyə rəhbərliyinin öz işidir” – deyib İsrailin müdafiə naziri.

Yaalon bu bəyanatı özünün yunan həmkarı ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında verib.

İsrailin müdafiə naziri deyib ki, Türkiyədən İŞİD-ə neft pulları axının hazırda dayandığına ümid edir.

Cənab Yaalon habelə iddia edib ki, Türkiyə “cihadçıların Avropadan Suriya və İraqa və ya əksinə hərəkəti üçün şərait yaradır”.

Türkiyə Suriyaya müdaxilə edib?

ABŞ Dövlət Departamentinin rəsmiləri Türkiyə hökumətinin İŞİD-lə əlbir olmasına dair Rusiyanın ittihamlarını rədd ediblər, lakin elə departamentin bəzi başqa rəsmiləri İŞİD neftinin araçılar vasitəsilə Türkiyəyə nəql olunduğunu söyləyiblər.

Agentliklərin verdiyi xəbərlərdə deyilir ki, Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasına dair danışıqlar, Ankaranın öldürülmüş 10 Türkiyə fəalı üçün kompensasiya tələbi ilə dalana dirənib.

Şahidlər bildirirlər ki, Türkiyə qoşunları Suriyada İŞİD-in nəzarətində olan ərazidə heç bir müqavimətlə üzləşməyiblər

Bu fəallar Qəzza zolağının dəniz blokadasını yarmağa çalışarkən İsrail əsgərləri ilə toqquşmada həlak olublar.

Bəzi məlumatlara görə, Türkiyə və İsrail rəsmiləri arasında ötən dekabrda aparılan danışqılar yarımçıq kəsilib.

Bu danışıqlarda həmçinin İsraildən Türkiyəyə təbii qazın ixracı məsələsi müzakirə olunurdu.

Bu arada İsraildə çıxan “Jerusalem Post” qəzeti Türkiyə mediasına istinadən yazır ki, Türkiyənin hərbi qüvvələri Suriyaya dair Cenevrə danışıqlarının başlanması ərəfəsində bu ölkənin ərazisinə müdaxilə ediblər.

Şahidlər bildirirlər ki, Türkiyə qoşunları Suriyada İŞİD-in nəzarətində olan ərazidə heç bir müqavimətlə üzləşməyiblər.

Türkiyə hərbi birləşməsinin çərşənbə axşamı Carablus şəhərinə daxil olduğu xəbər verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG