Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:34

İsrailin Suriyadakı hərbi obyektləri vurduğu bildirilir


İsrailin F-35 təyyarəsi əməliyyat zamanı
İsrailin F-35 təyyarəsi əməliyyat zamanı

İsrail hərbi-hava qüvvələrinin Suriyanın hərbi obyektini vurması barədə məlumatlar dolaşır.

AP və AFP agentliklərinin aprelin 13-də Suriyanın dövlət mediasına istinadla vedikləri məlumata görə, hava zərbələri nəticəsində 6 əsgər yaralanıb, bir neçə bina dağılıb.

Suriya ordusunun rəsmisi SANA agentliyinə, İsrail təyyarələrinin Masiaf şəhərindəki hərbi akademiyaya zərbələr endirdiyini bildirib. Bu şəhər Hama əyalətində yerləşir.

Britaniyada məskunlaşan “Suriya insan haqları mərkəzi” də İsrailin 3 hədəfə zərbələr endirdiyini xəbər verir.

Mənbənin məlumatına görə, azı 17 əsgər xəsarət alıb.

Məlumatda həmçinin itkilər olduğu bildirilir. Amma neçə nəfərin ölməsi və ya onların İranın dəstəklədiyi qüvvələr olub-olmaması barədə hələlik məlumat verilmir.

İsrail tərəfi məlumatı şərh etməkdən imtina edib. İsrail ordusu adətən Suriyada keçirdiyi əməliyyatları şərh etmir, amma bu yaxınlarda İranın Suriyadakı mövqeini vurmasını etiraf edib.

Buna da bax: Suriya İsrailin azı 30 raketini 'vurub'

İran Suriya müharibəsində prezident Bashar Asad rejiminin tərəfini saxlayır və Suriyaya hərbi müşavirlər və minlərlə döyüşçü göndərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG