Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 23:06

İsrail Qəzzaya hava zərbələri endirdi


Gəzza zolağında may bombardmanından sonra (Arxiv fotosu)
Gəzza zolağında may bombardmanından sonra (Arxiv fotosu)

İsrailin hərbi hava qüvvələri iyunun 16-da səhərin erkən saatlarında Fələstin ərazisindəki silahlılara hava zərbələri endirib.

İsrail hərbiyyəsi bildirib ki, bundan əvvəl həmin ərazilərdən İsrailin cənubi səmtində yandırıcı balonlar buraxılmışdı.

Bu, 11 gün əvvəl elan edilmiş atəşkəsin ardınca ilk hava zərbələri idi.

İsrail hərbçiləri deyirlər ki, ölkə qırıcıları yandırıcı balonların buraxılmasına cavab olaraq Həməsin silahlı düşərgələrinə zərbə endirib.

İsrail tərəfi bildirir ki, balonların buraxılmasından məqsəd İsrailin cənubundakı zəmilərdə yanğın törətmək idi.

Hərbçilərin dediyinə görə, Həməs sözü gedən düşərgələrdən hücumların təşkili üçün istifadə edir.

İsrail hərbiyyəsinin bəyanatında onun “Qəzza zolağından qaynaqlanan terrora qarşı yeni döyüş də daxil bütün ssenarilərə hazır olduğu” bildirilir.

Şərqi Yerusəlimdə yürüş

Hava zərbələrindən və balonların buraxılmasından əvvəl İsrail bayraqları gəzdirən yüzlərlə millətçi iyunun 15-də Şərqi Yerusəlimdə keçirilən yürüşə qatılıb.

Şərqi Yerusəlimin 1967-ci il müharibəsində fəthinin ildönümlərində təşkil edilən bu yürüşlər adətən şəhərin müsəlman məhəllələrindən keçir, lakin İsrail hakimiyyəti yürüşün budəfəki marşrutunu dəyişib.

Fələstinlilər bu yürüşü təxribat adlandırıblar, Fələstinin iki böyük qruplaşması - Fətah və Həməs isə Qəzzada və işğal olunmuş Qərb sahilində “qəzəb gününə” çağırış ediblər.

Xəbər verilir ki, sözü gedən yürüş İsrailıin yeni millətçi baş naziri Naftali Bennettin hökuməti üçün ilk çətinlik yaradıb.

Yürüşün gərginliyi artıra biləcəyindən ehtimalalr olsa da, Bennett və onun koalisiyası tədbiri ləğv etməyiblər.

Onlar bu yürüşün ləğvinin Həməsin qarşısında kapitulyasiya kimi başa düşüləcəyindən ehtiyat ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG