Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

İsrail: İran Suriyaya azı 80 min şiə döyüşçü səfərbər edib


İsrailin BMT səfiri Danny Danon
İsrailin BMT səfiri Danny Danon

İsrail bildirib ki, İran 80 min şiə döyüşçü səfərbər edib və hazırda Suriya paytaxtı yaxınlığında “qəbul və səfərbərlik” bazası saxlayır.

İsrail səfiri Danny Danon aprelin 26-da BMT Təhülkəsizlik Şurasına deyib ki, İranın qurduğu təlim bazası Dəməşqin cəmi 8 kilometrliyində yerləşir.

İran Rusiya ilə birlikdə Suriya münaqişəsində qüvvələr balansını Bashar al-Assad-ın xeyrinə dəyişib.

Danon çıxışı əsnasında bazanın yerləşdiyi ərazinin xəritəsini nümayiş etdirib. Səfir deyib ki, Tehran “Suriya və region boyunca terror aktlarının törədilməsi üçün” şiə döyüşçülərə burada təlim verir.

İsrail səfiri sözü gedən peyk xəritəsini Tvitter postuna da əlavə edib.

Bu xəritədə baza “İmam Hüseyn – İran qarnizonu” adlandırılıb. Baza Livana gedən yolun üstündə yerləşir.

Suriyada Tayfur bazasına hava zərbələri endiriləndən bəri İsrail və İran arasında ritorika daha da kəskin şəkil alıb. Tehran və Moskva Suriyada yerləşən bu bazaya zərbələrin endirilməsində İsraili ittiham edirlər. Əməliyyat nəticəsində bazada 7 iranlının həlak olduğu xəbər verilib.

İrana Suriya ərazisində baza qurmaq imkanı verməyəcəyini dəfələrlə bəyan edən İsrail Tayfur bazasına zərbələri endirməsi barədə xəbərləri nə təsdiq, nə də təkzib edib.

İsrailin müdafiə naziri Avigdor Lieberman aprelin 26-da dərc olunmuş müsahibəsində deyib ki, İsrail İran tərəfindən hücuma məruz qalsa, Tehranı vuracaq.

XS
SM
MD
LG