Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

Əmmanda İsrail binasına hücum olub


Əmmanda İsrail səfirliyi - 23 iyul 2017
Əmmanda İsrail səfirliyi - 23 iyul 2017

Əmmanda İsrail səfirliyi yaxınlığındakı binaya hücum olub, iki iordaniyalı öldürülüb, bir israilli yaralanıb. Bu haqda BBC xəbər verir.

İKİ NƏFƏR ÖLÜB

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, bir iordaniyalı səfirliyin istifadəsində olan binanın təhlükəsizlik əməkdaşına vintaçanla hücum edib. Həmin şəxs binaya mebel gətirən iki nəfərdən biri imiş.

İşçilərdən biri və binanın sahibi həlak olub, təhlükəsizlik əməkdaşı yaralanıb.

Nazirlik hadisə yerində atışma olması barədə əvvəl yayılmış xəbərləri təsdiqləməyib, ancaq mühafizəçinin özünümüdafiəyə çalışdığını qeyd edib.

İordaniya paytaxtındakı bu insident Qüdsdə müqəddəs yerlərlə bağlı gərginliyin artdığı bir vaxtda baş verib.

Hadisənin ayrıntıları bəlli deyil. İsrail hakimiyyəti dərhal xəbərin yayılmasına məhdudiyyətlər qoyub.

Bina möhürlənib, əməkdaşlar evakuasiya olunub.

MÜQƏDDƏS YERLƏRLƏ BAĞLI MÜBAHİSƏ

İsrail Xarici İşlər Nazirliyi bildirir ki, Vyana konvensiyasına görə, təhlükəsizlik əməkdaşının təhqiqat və həbs toxunulmazlığı var.

Cümə günü, iyulun 21-də minlərlə iordaniyalı Əmmanda İsrailə qarşı yürüşə çıxıb, Qüdsün şərqində müsəlman və yəhudilər üçün müqəddəs sayılan məkanda metal detektorların yerləşdirilməsinə etiraz edib.

İordaniya 1949-cu ildən 1967-ci ilədək Şərqi Qüdsü tutub, müsəlmanların «Həram əl-Şərif», yəhudilərin «Məbəd dağı» dediyi ərazinin hamisidir.

Metal detektorların yerləşdirilməsindən sonra israillilərlə fələstinlilər arasında gərginlik yüksəlib. Detektorlar iki israilli polisin öldürülməsindən sonra quraşdırılıb.

Müqəddəs yerin girəcəyində təhlükəsizlik kameraları qoyulub.

XS
SM
MD
LG