Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

İsraillə toqquşmada 16 fələstinli həlak olub


İsrail-Qəzza sərhədi boyunca İsrailin təhlükəsizlik qüvvələri ilə toqquşmada 16 fələstinli öldürülüb və yüzlərlə insan yaralanıb.

Reuters agentliyi martın 30-da başlanan toqquşmanı son illərin ən böyük Fələstin nümayişi adlandırır.

Bundan əvvəl on minlərlə fələstinli 65 kilometrlik hasarlanmış sərhəd boyunca toplaşaraq qaçqınların hazırda İsrail dövləti olan əraziyə qayıtmaq hüququnun tanınmasını tələb edirdi. Bu sərhəd boyunca 6 həftə ərzində davam etməsi planlaşdırılan etiraz aksiyası üçün çadırlar quraşdırılıb.

Ailələr uşaqları ilə birlikdə İsrailin təhlükəsizlik hasarı boyunca qurulmuş düşərgəyə gəlmişdilıər.

Reuters agentliyinin xəbərində deyilir ki, yüzlərlə fələstinli gənc etiraz təşkilatçılarının İsrail sərhədindən uzaq durmaq xəbərdarlığına məhəl qoymamağa başlayıblar.

İsrail hərbiyyəsi bildirir ki, döyüş güllələrindən yalnız sərhəd hasarını dağıtmaq istəyənlərə qarşı istifadə olunub. Fəsələstinli gənclərdən bəziləri yanan avtomobil şinlərini sərhəd hasarının üstünə diyirləndirir, İsrail əsgərlərinə daş atırdılar.

Ölənlərin arasında iki nəfərin Həməs əməliyyatçısı olduğu xəbər verilir. Bu da bildirilir ki, İsrail tərəfinin döyüş güllələrindən istifadə etməsi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub və azı 400 nəfər yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə iki fələstinli tank atəşindən ölüb. İsrail tərəfi bildirir ki, bu iki nəfər sərhəd boyunca dayanmış əsgərlərə atəş açırdılar.

Fələstin prezidenti Mahmud Abbas baş vermis zorakılıqda İsrail tərəfini təqsirləndirib və martın 31-ni matəm günü elan edib.

Reuters yazır ki, bu etirazda Fələstinin rəqib qruplaşmaları çox nadir həmrəylik nümayiş etdiriblər.

Bu nümayiş 1976-cı ildən bəri qeyd olunan “Torpaq Günündə” keçirilib. 1976-cı ildə İsrailin şimalında hökumət tərəfindən torpaqların müsadirəsinə etiraz edən 6 ərəb öldürülmüşdü. Onların hamısı İsrail vətəndaşları idilər.

Lakin budəfəki etirazların əsas tələbi ərəblərin onlardan 1948-ci ildə İsrail dövləti yaradılarkən alınmış torpaqlara qayıtmaq hüququnun tanınması idi.

Qəzzada keçirilən nümayiş “Qayıdış yürüşü” adlanırdı. Burada qurulmuş çadırların üstündə hazırda İsrail ərazisində olan ərəb kəndlərinin adları həm ərəbcə, həm də ivritdə yazılmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG