Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 19:55

İsrail müqəddəs yerlərdən metal detektorları yığmağa razılaşdı


arxiv

İsrail Təhlükəsizlik Kabineti fələstinlilərin tələbi ilə razılaşıb və bəyan edib ki, Qüdsdə müqəddəs yerlərdən metal detektorlar yığışdırılacaq. Bir həftə öncə quraşdırılan metal detektorlar israildə müsəlmanlar yaşayan ərazilərdəkütləvi etirazlara səbəb olmuşdu

Metal detektorlar yığışdırılacaq və əvəzinə üz cizgilərini müəyyənləşdirən «ağıllı» kameralar quraşdırılacaq. Hakimiyyətin məlumatına görə, sözügedən kameraların quraşdırılması 30 milyon dollara başa gələcək.

İsrail metal detektorlar quraşdırmaqla təhlükəsizlik tədbirlərini iyulun 14-də iki israilli polis bıçaqlanandan sonra gücləndirməyə başlayıb. Müsəlmanlar isə belə bir addımı özlərinə təhqir hesab ediblər, baxmayaraq ki, analoji detektorlar həm də Məkkədə quraşdırılıb. Etirazlar təkcə Qüdsdə yox, həm də İordaniya çayının qərb sahillərində də olub.

İyulun 24-də Vaşinqton İsraili xəbərdar edib ki, əgər cümə gününədək məsələni yoluna qoymasa, nəticələr «faciəvi» ola bilər. Hələ ki, müsəlmanların son qərardan razı qalıb-qalmadıqları bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG