Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:31

İsraillə ÇAD diplomatik münasibətləri bərpa etdi


 Benjamin Netanyahu . İsrailin baş naziri
Benjamin Netanyahu . İsrailin baş naziri

İsraillə Çad, 47 illik fasilədən sonra diplomatik münasibətləri bərpa ediblər.

İsrailin baş naziri Benjamin Netanyahu yanvarın 20-də bu ölkənin paytaxtı Ndjamena-ya səfər edib.

ŞAD 1972-ci ildə İsraillə diplomatik əlaqələri pozmuşdu.

Netanyahu yola düşməzdən əvvəl bunu tarixi səfər adlandırıb və qeyd edib ki, indi İsraillə ərəb və müsəlman ölkələri arasındakı münasibətlərdə inqilab baş verir

Netanyahu və ÇAD prezidenti İdris Debi, görüşdükdən sonra iki ölkə arasında diplomatik münasibətlərin rəsmi şəkildə bərpa olunduğunu bəyan ediblər.

ÇAD prezidenti də iki ay əvvəl Qüdsə səfər edib.

Netanyahu ötən ilin oktyabrında Omana da gözlənilməz səfər etmişdi.

Öz növbəsində Səudiyyə Ərəbistanı İsrail uçan təyyarələrin onun hava məkanından istifadə etməsinə icazə verib.

Müşahidəçilər son vaxtlar İsraillə Ərəb ölkələri arasındakı münasibətlərin istiləşməsini, terrorçu təşkilatlardan gələn ümumi təhlükə, həmçinin İranın regionda nüfuzuna qarşı mübarizə ilə bağlayırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG