Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:37

İspaniya və Almaniyada islamofobiya halları artır


Almaniya - Drezdendə yandırılmasına cəhd edilmiş Fatih Camii məscidi. 26 sentyabr 2016

Ötən il Almaniyada müsəlmanlara və məscidlərə qarşı 950 hücum qeydə alınıb.

Bu, Almaniya hökumətinin açıqladığı rəqəmdir.

İspaniyada isə ötən il 500-dən çox islamofob insident baş verib.

Bunu isə İspaniyadakı "İslamofobiyaya qarşı Vətəndaş Platforması" ictimai birliyi öz hesabatında bildirir.

Bu hücumların arxasında daha çox ifrat sağçı qrupların üzvləri dayanr.

Suriya münaqişəsi başlanandan sonra həm bu ölkədən, həm də başqa müsəlman ölkələrindən yüz minlərlə qaçqının Avropaya axın etməsi millətçi partiyaları fəallaşdırıb.

Onlar qaçqınların yerli əhalinin iş yerlərini zəbt edəcəyindən qorxuya düşənlərin dəstəyini qazanıb.

Buna da bax: Almaniya parlamentində millətçilər də mandata sahib olur

Almaniya parlamentində millətçilər də mandata sahib olur
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Almaniyadakı son parlament seçkilərində ifrat sağçılar səslərin 13 faizini toplaya biliblər.

Almaniyada ötən il baş vermiş insidentlərdə azı 33 müsəlman yaralanıb.

Bu insidentlər arasında hicablı qadınlara, uşaqlara hücumlar da var.

Avropada müsəlmanların ən çox yaşadığı ikinci ölkə Almaniyadır.

Burda yaşayan 4,7 müsəlmanın 3 milyonu Türkiyədən gələnlərdir.

İspaniyada həm sosial şəbəkələrdə, həm də küçələrdə müsəlmanlara qarşı çağırışlar artıb.

Ötən il bu ölkədə qeydə alınan 546 insidentdən 386-sı İnternetdə qeydə alınıb.

Digər insidentlərin çoxu müsəlmanaları təhqir etməklə bağlıdır.

Bu insidentlərin 20 faizində qadınlar, 4 faizində isə uşaqlar hədəfə alınıb.

Buna da bax: Fransa prezidenti İslamda islahat aparmaq istəyir

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG