Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

İsmayıllıda yas zamanı ev uçub, 8 nəfər xəsarət alıb 


arxiv foto

Bu gün, avqustun 25-də İsmayıllı rayonunda yas mərasimi zamanı ev uçub.

APA-nın xəbərinə görə, hadisə saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Verilən məlumata görə, kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 8 nəfərin müxtəlif dərəcli bədən xəsarətləri aldığından təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıldığları bildirilir.

Faktla bağlı araşdırma aparılır. Xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG