Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:16

"Bir az diri tərpənməsəydim, uşaqlarımı sel aparacaqdı"


İllüstrasiya
İllüstrasiya

►“Taxıl, üzüm sahələrimiz, meyvə-tərəvəz bağlarımız, toyuq-cücəmiz, mal-qaramız – hamısı məhv oldu. Sel elektrik dirəklərini aşırıb. Bir sözlə, kəndlərdə həyat dayanıb”

İsmayıllının Aşıqbayramlı kəndinin sakini Maxrub Əliyeva AzadlıqRadiosuna danışır ki, iyunun 12-də leysandan sonra kəndə gələn sel qarşısına çıxanı “ağuşuna alıb” aparıb. Apardıqları arasında 1 yaşlı Sənəmin arabası, oyuncaqları, digər beş azyaşlı uşağın pal-paltarı da var:

“Tövləni, hini, yarımçıq tikilini – hamısını sel apardı. Evi, zirzəmini su basdı. Bir az diri tərpənməsəydim, uşaqlarımı da aparacaqdı sel... Pal-paltarımız da yoxdur”.

Qadın altı azyaşlı uşaqla başına nə çarə qılsın, bilmir.

MAYA XALANIN EVİ DAĞILDI

Quşencə kəndində isə seldən bir nəfər xəsarət alıb. Kənd sakini Əzim Əsgərov AzadlıqRadiosuna baş verənlərdən danışır:

“Öz evim su ilə dolub, kartof, kələm bostanı suyun altında qalıb. İşıqsızıq, naqillər yerdədir, canımızı dişimizə tutub gəzirik ki, birdən qəfil elektrik verilər, cərəyan vurar... Qonşumuz Maya xalanın vəziyyəti lap çətindir. Evi tamamilə dağıldı. Yazıq arvad... 80-ə yaxın yaşı var, dağıntı altında qalmışdı”.

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

Maya Mustafayeva İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq xəstəxanadan çıxandan sonra kimin evinə sığınacağını bilmir.

Əzim Əsgərov deyir, sel kəndlərdəki təsərrüfatlara ciddi zərər vurub:

“Taxıl, üzüm sahələrimiz, meyvə-tərəvəz bağlarımız, toyuq-cücəmiz, mal-qaramız – hamısı məhv oldu. Sel elektrik dirəklərini aşırıb. Bir sözlə, kəndlərdə həyat dayanıb”.

ÇADIRDA QALIRLAR

İsmayıllı rayonunun icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, sel suları Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində daha çox fəsad törədib. Təzəlikcə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yoluna da ciddi zərər dəyib. Kəndlərlə rayon mərkəzini birləşdirən körpülər dağıldığından bir sıra kəndlərlə əlaqə kəsilib.

Hazırda fəsadların aradan qaldırılması üzrə tədbirlər davam etdirilir. Təbii fəlakətin zərər vurduğu kəndlərdə Fövqəladə Hallar Komissiyasının və İcra Hakimiyyətinin nümayəndələri çalışır. Zərər dəymiş evlər, təsərrüfatlar qeydə alınır.

İsmayıllı rayonunda 10-dan çox kəndi sel basıb, evlərin, yolların, körpülərin dağıldığı, Oğuz-Qəbələ-Bakı içməli su kəmərinə ciddi təhlükə yarandığı bildirilir.

Bu, təbii fəlakətin İsmayıllıya qısa müddətdə vurduğu ikinci və daha irimiqyaslı zərərdir. Bundan əvvəl Sulud kəndi ərazisində torpaq sürüşməsi baş verib. Qəzalı vəziyyətə düşmüş 12 evin sakinləri 10 gündən çoxdur ki, çadırda qalırlar.

İyunun 12-də başlayan aramsız yağışdan sonra gələn sel təkcə İsmayıllının yox,Şamaxının, Göyçayın, Tovuzun kəndlərinə də ciddi zərər vurub. Evlərlə bərabər əkin sahələri, ev quşları, mal-qara, kənd yolları və körpülər yararsız vəziyyətə düşüb.

Buna da bax: 50 nəfəri öldürən Ömər Mətinin psixoloji problemi var imiş

50 nəfəri öldürən Ömər Mətinin psixoloji problemi var imiş
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG