Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 21:48

Harry Potterin müəllifi islamofobu necə yerinə oturtdu


The İndependent” qəzeti yazır ki, məşhur yazıçı J.K Rowling Twitter-in bir post üçün icazə verdiyi 140 işarənin hamısını mənalandıra bilir.

Bestseller müəllifindən daha nə gözləmək olar ki?!

Harry Potter müəllifinin bu platformada həyata keçirdiyi daha bir söz dueli buna parlaq misaldır.

Bu dəfə yazıçının diqqətini islamofob istifadəşilərdən birinin postu cəlb eləmişdi.

RutgerUlbrecht adlı istifadəçi yazmışdı:

BİLİRDİNİZMİ Kİ

Britaniyada hisə verilmiş donuz əti buterbrodunu məscidin yanında qoyub getdiyinizə görə sizə 11 yaşlı uşağı zorlamış adamdan daha çox iş verə bilərlər?

J.K Rowling-in cavabı daha konkret idi:

BİLİRDİNİZMİ Kİ

Britaniyada tamamilə həqiqət olmayan şeylərə “gop” deyirlər.

Əlbəttə, yazıçı əslində “gop” yox, ingiliscə elə o mənanı verən daha qaba söz işlətmişdi.

Bu tvit dərhal fırtına yaratmışdı və az müddətdə onu 14 min dəfə retvit etmişdilər.

İstifadəçilər polemikanı J.K Rowling-in üslübunda davam etdirirdilər.

Moiz Jafferji adlı istifadəçi yazırdı:

BİLİRDİNİZMİ Kİ

Qərb dünyasında yaşayan müsəlmanların çoxu donuz əti buterbroduna laqeyd reaksiya verərdi.

Nora adlı başqa bir istifadəçi isə islamofobu dolamaq qərarına gəlmişdi:

BİLİRDİNİZMİ Kİ

Müsəlmanlar kremli bublikə nifrət edirlər. Xüsusilə də Krispy Kreme kremli bublikinə. Zəhmət olmasa ondan 10 qutu məscidimizin yanında qoyub gedin.

Bewisperer adlı istifadəçi əlavə etmişdi:

“Bəlkə yumurta və su vəzərisi buterbrodu qoyub gedəsiniz?”

Günün bütün mövzuları

XS
SM
MD
LG