Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:31

İslamçı fəal həbs olundu


-

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovu həbs edib. İ.Əhədov dövlətə xəyanətdə (xarici ölkəyə casusluq) ittiham olunur.

Xəbəri DTX-nin İctimai əlaqələr şöbəsi yayıb. DTX-nın açıqlamasında bildirilir ki, İ.Əhədov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi, 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsi şübhəsi ilə saxlanıb. İ.Əhədov dövlətə xəyanətdə (Cinayət Məcəlləsinin 274-cü maddəsi) ittiham olunur. Yanvarın 27-də onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX İ.Əhədovun hansı ölkənin xeyrinə cəsuisluqda şübhəli bilindiyini açıqlamayıb. Qurum işlə bağlı istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini qeyd edib.

İnqilab Əhədov 2015-ci ilin əvvəlində İslam Partiyasındakı sədr müavini postundan istefa verib.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG