Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:41

İslam Karimovun məqbərəsi tikiləcək


Nursultan Nazarbaev İslam Karimovun Səmərqənddəki qəbrini ziyarət edir, 12Sent2016

Səmərqənddə Özbəkistanın ilk prezidenti İslam Karimovun qəbrinin üzərində mavzoley tikiləcək.

Dekabrın 19-da Mədəniyyət və İdman Məsələləri Nazirliyi, Bədii Sənətlər Akademiyası və Memarlar İttifaqı nümayəndələrinin daxil olduğu komissiya «Islam Karimov-un xatirə kompleksi»nin maketlərini müzakirə ediblər.

"İki maket təqdim edilib. Biri gümbəzvaridir, ikincisi "İmam Al-Bukhari-nin Xatirə Kompleksi" kimi böyükdür. Birinci variant... 200 kvadratmetrlik məqbərənin tikilməsini nəzərdə tutur və bir qədər Saparmurat Turkmenbashi-nin mavzoleyinə oxşayır. İkincisi isə minarələri olan böyük kompleksdir. Hər iki maketdə məqbərənin ağ və mavi rəngli mozaika ilə bəzədilməsi nəzərdə tutulub", - Bədii Sənətlər Akademiyasındakı mənbə AzadlıqRadiosu-nun özbək xidmətinə belə deyib.

Buna da bax:​ I.Karimov-un heykəli üçün beynəlxalq müsabiqə

Maketlər hələ təsdiqlənməyib

Onun sözlərinə görə, təqdim edilmiş maketlər hələ təsdiqlənməyib. Mənbə üçüncü variantın da hazırlanmasına dair qərar qəbul edildiyini söyləyib.

Son üç ayda bir çox dövlət başçısı və müxtəlif ölkələrin yüksəkvəzifəli dövlət rəsmiləri Səmərqəndə - Islam Karimov-un xatirəsini yad etməyə gəlib. Hazırda Karimovun məşhur “Şahi-Zində” kompleksindəki qəbrinin üzərində müvəqqəti çadır qurulub.

Məqbərənin tikintisinə Özbəkistan baş naziri Abdulla Aripov-un nəzarət etdiyi bildirilir.

Buna da bax: Islam Karimov-un prezident iqamətgahı muzey olur

Tikintiyə nə qədər vəsait ayrılacağı hələ məlum deyil

AzadlıqRadiosu-nun özbək xidmətinə müsahibəsində Almatılı memar Yerbosyn Meldibekov deyib ki, belə bir məqbərənin tikilməsi Özbəkistana çox baha başa gələ bilər:

"2006-cı ildə - Türkmənistanın birinci prezidentinin ölümündən sonra ona mavzoley tikildi. O zaman bu mavzoleyin tikintisinə 170 milyon dollar xərcləndi. Ancaq bu o demək deyil ki, Karimov-un məqbərəsinin tikintisinə də o qədər pul xərclənəcək. Mərmər və qranit kimi materiallardan istifadə olunacaqsa, İsfahandan mavi mozaika gətiriləcəksə, bu, çox baha oturacaq. Ancaq tikintidə beton, süni mərmər və laklanmış dəmirdən istifadə ediləcəksə, daha ucuz başa gələcək".

“Şahi-Zində”nin tarixi görünüşü pozulacaq?

Buna da bax:​ Özbəkistan Karimovun ölümündən sonra necə dəyişib?

Memar məsələnin daha iki yönünə diqqət çəkir:

"Saparmurat Niyazov-un mavzoleyin yerləşdiyi Kıpçak kəndi əvvəllər atılmış çöl olub. Başqa sözlə, mavzoley tikilənədək burada xatirə kompleksləri yox idi. Ancaq Islam Karimov-un qəbri Səmərqənddə, tarixi “Şahi-Zində” kompleksində yerləşir. Bu halda tikilən obyekt bu məkanın tarixi görünüşünü pozmamalıdır. “Şahi-Zində”də yeni binanın tikilməsi kompleksin tarixiliyinə kölgə salacaq. Mənim üçün bilmək maraqlı olardı ki, özbək memarlar bu problemi necə çözəcəklər".

Məqbərədən başqa, Səmərqənd və Daşkənddə Islam Karimov-a abidə ucaldılacağı da gözlənilir.

Buna da bax:​ Özbəkistan: Yeni prezidentin gəlişi nəyi dəyişəcək?

Artıq “İslom-oto” məscidi var

Dekabrın 6-da Özbəkistanın yeni prezidenti Shavkat Mirziyayev İslam Karimov-un abidəsinin hazırlanması üçün beynəlxalq müsabiqə təşkilinə dair sərəncam imzalayıb.

Komissiyanın artıq işə başladığı bildirilir.

Paytaxtın "Curabek" məscidinin adı dəyişdirilərək "İslom-oto" olub.

Bundan başqa, Islam Karimov adına Fond qurulub.

Buna da bax: Özbəkistanda 'minihəcc' – Kərimovun qəbrini ziyarət

Türkmənistanda da meydanlardan birinə və bir kiçik parka Islam Karimov-un adı verilib. Yaxın zamanda bu ölkədə Özbəkistanın ilk prezidentinə heykəlin açılışı da olacaq.

Moskvanın mərkəzində də kiçik bir park Islam Karimov-un şərəfinə adlandırılıb.

Sankt-Peterburqdakı özbək diasporu adsız körpülərdən birinə mərhum özbək liderinin adının verilməsi təşəbbüsü ilə şəhər rəhbərliyinə müraciət edib.

XS
SM
MD
LG