Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:33

Bu gün Özbəkistan prezidentinin əvəzləyicisi bilinəcək


Özbəkistan parlamenti
Özbəkistan parlamenti

Bu gün - sentyabrın 8-də Özbəkistan Ali Məclisinin qanunverici palatası ilə Senatın birgə iclası keçiriləcək. İclasda Islam Karimov-un ölümündən sonra ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxsin təyin olunması məsələsi müzakirəyə çıxarılacaq.

Özbəkistan Konstitusiyasının 96-cı maddəsinə görə, «mövcud Prezidentin öz səlahiyyətlərini gerçəkləşdirməsi mümkün sayılmayanda, onun vəzifə və yetkiləri müvəqqəti olaraq Özbəkistan Respublikası Ali Məclisi Senatının Sədrinə keçir». Qanunda üç ay müddətində prezident seçkisinin keçirilməsi də nəzərdə tutulub.

Hazırda Özbəkistan Ali Məclisi Senatının sədri Nigmatulla Yuldashev-dir.

Islam Karimov-un ölümü rəsmən sentyabrın 2-də açıqlanıb. Özbəkistan prezidenti sentyabrın 3-də doğulduğu şəhərdə - Səmərqənddə torpağa tapşırılıb.

Özbəklər Islam Karimov-la belə vidalaşdılar

Özbəklər İslam Karimovla belə vidalaşdılar
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

XS
SM
MD
LG