Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:52

“İslam dövləti” qrupunun yeni lideri var


"İslam dövləti" qrupunun tərəfdarı, Raqqa, June 29, 2014
"İslam dövləti" qrupunun tərəfdarı, Raqqa, June 29, 2014

“Amir Muhammad Said Abdal-Rahman al-Mawla “İslam dövləti” qrupunun yeni lideri təyin edilib.

Bu barədə “The Guardian” qəzeti xüsusi xidmətlərdəki mənbələrə istinadla xəbər verir.

Nəşrin yazdığına görə, o, “İslam dövləti” qrupunun qurucuları və ideoloqlarından biri hesab olunur.

Əmir Abdel Rəhman, qrupun keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin ötən ilin oktyabrında öldürülməsindən bir neçə saat sonra bu qruplaşmaya rəhbərlik etməyə başlayıb.

Qeyd edək ki, Bagdadi Suriyanın İdlib əyalətində ABŞ-ın keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

ABŞ rəsmiləri al-Mawla və “İslam dövləti” qrupunun digər yüksək səviyyəli üzvlərininin həbsinə aparan informasiya üçün 5 milyon dollar mükafat təyin ediblər.

Amir Muhammad Said Abdal-Rahman al-Mawla əslən türkməndir. O, 2004 -cü ildə ABŞ ordusu tərəfindən həbs edilərək İraqın cənubundakı həbsxanaya atılıb, orda da əl Bagdadi ilə tanış olub.

Hazırda onun yeri bəlli deyil.

Amma təxminlərə görə o, hazırda İraqda , Mosulun qərbindəki şəhərciklrdən birində gizlənir.

XS
SM
MD
LG