Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:27

İlham Əliyevin müsahibəsinin şərh funksiyasını niyə bağlayıblar?


İlham Əliyev islahat edir? Vətəndaş nə düşünür?
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

İlham Əliyev islahat edir? Vətəndaş nə düşünür?

Azərbaycanda doğrudanmı genişmiqyaslı islahatlar başlayıb və əhali bundan razıdır? ​Belə bir iddia ilə president İlham Əliyev çıxış edib.

Dövlət başçısı martin 5-də, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti-nin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib ki, gömrük və vergi sistemləri birgə sıx fəaliyyət göstərir, şəffaflıq təmin edilir və əhali də bunu yüksək qiymətləndirir.

Xalq kimdir?

Prezidentin daimi tənqidçiləri, məsələn, müxalif Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyir ki, ölkədə hansısa islahat başlamayıb və İlham Əliyev xalqın adından danışıb, “xalq razıdır” deməsin:

“Harda görüb İlham Əliyev xalqın razı olduğunu?! Yoxsa, icra hakimiyyəti başçılarından, qohumlarından ibarət 100-150 adamı xalq hesab edir? İlham Əliyev bir az özü araşdırsın, hər şeyi Əli Həsənova etibar etməsin. Girsin Real TV-yə verdiyi müsahibəsinin yerləşdirdiyi Youtube kanallara baxsın. Hər yerdə şərh bölümünü bağlayıblar. Amma “bəyən” hissəsi aktivdir. Mənim müşahidəmə görə hər yerdə bəyənməyənlər, bəyənənlərdən 4-5 dəfə çoxdur. Hələ mən onu demirəm ki, şərh bölümünü bağlamağa məcbur olublar. Bəs İlham Əliyev hardan bildi ki, xalq razıdır?”

Əli Kərimli deyir ki, nə gömrükdə, nə də vergi sistemində dəyişiklik şəffaflıq yaradacaq səviyyədə deyil və hələ də, kölgə iqtisadiyyatının həcmi 60 faizdən çoxdur.

Müxalifət liderinin belə tənqidi çıxışlarını prezident İlham Əliyev adətən qeyri-konstruktiv kimi qiymətləndirir, ümumilikdə müxalifəti qeyri-sağlam, antimilli qüvvə adlandırır.

Məhkəmələr müstəqil olmasa, heç bir islahat işləməyəcək

İl başlayandan hakimiyyət bəzi sosial əhəmiyyətli fərmanlar verir, məsələn, keçən ay prezident İlham Əliyev əhalinin qaytara bilməyən 10 min manata qədər kredit borclarının dövlət hesabına ödənilməsi barədə fərman imzalayıb.

Bəzi maaş və pensiyalar nisbətən artırılıb. Prezident İlham Əliyev deyir ki, belə tədbirlər hələ davam edəcək:

“Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır”.

Amma iqtisadçı alim Qubad İbadoğlu deyir ki, son addımlar islahat yox, dövlətin sosial qayğısının bir hissəsi kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, iqtisadi islahat kompleks şəkildə, müfəssəl proqram əsasında aparılmalıdır və əsaslı dəyişikliklərə gətirib çıxarmalıdır:

“Bununçün ilk növbədə məhkəmə və ədliyyə sistemindəki islahatlara start vermək lazımdır. Çünki məhkəmə və ədliyyə sistemində islahatlar təmin edilmədən iqtisadi və siyasi islahatların da dönməzliyini təmin etmək mümkün olmayacaq. Ona görə də hal-hazırda həyata keçirilən tədbirləri mən islahat kimi qiymətləndirə bilmirəm. Bu tədbirlər bir konsepsiyaya, ideologiyaya uyğun deyil, sistemsiz xarakter daşıyır, burda struktur, institusional və digər sahələrlə də əlaqələndirmə də yoxdur”.

Beynəlxalq qurumların da, yerli müstəqil iqtisadçıların da Azərbaycanın idarəetmə sisteminə tutduğu əsas iradlar, korrupsiya və iqtisadiyyatın neftdən asılılığı ilə bağlıdır.

Amma keçən ilin sonu “Transparecy İnternational”ın son hesabatında, Azərbaycanın korrupsiya reytinqi 30 pillə daha da pisləşib, 180 ölkə içində 152-ci yer-də qərarlaşıb, dövlət büdcəsi isə hələ də əsasən neftdən asılıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG