Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:48

Rusiya 3-cü Dünya müharibəsinəmi hazırlaşır?


«Iskander» raket kompleksi
«Iskander» raket kompleksi

Rusiyanın «Iskander–M» raket kompleksini Kalininqrad vilayətinə yerləşdirməsi ciddi etirazlara səbəb olub, Almaniya, Estoniya, Polşa, Litva Kremlin addımlarından əndişələndiyini bildirirlər.

«The Guardian» qəzeti Rusiyanın Baltik zastavasına yerləşdirdiyi raketlərin 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirmək, üstəlik, nüvə başlığı da daşımaq qabiliyyətinin olduğunu vurğulayır.

«KALİNİNQRAD İSTİSNA DEYİL»

Litvanın xarici işlər naziri Linas Linkevičius deyib ki, Rusiyanın Kalininqrada silah yerləşdirməsi regionda gərginliyi artırmaqdan əlavə, beynəlxalq razılaşmalara ziddir. «Reuters» agentliyinin məlumatına görə, nazir bu məsələni Rusiya-NATO sammitində qaldıracağına söz verib.

Polşanın müdafiə naziri Antoni Macierewicz isə Rusiya Federasiyasının son addımlarının onları narahat etdiyini, Polşa hərbi qüvvələrinin ölkənin, eləcə də Polşanın müttəfiqlərinin təhlükəsizliyini qorumağa hazır vəziyyətdə olduğunu bildirib.

«Iskander–M» raket kompleksinin Kalininqrada yerləşdirilməsi haqda məlumatı keçən həftə «Reuters» agentliyi ABŞ kəşfiyyat orqanlarına istinadən yaymışdı. Rusiyanın Müdafiə Nazirliyi bu əməliyyatın gizli saxlanmadığını, mütəmadi tədbirlərdən biri olduğunu bildirib. Müdafiə Nazirliyinin sözçüsü Igor Konashenkov deyib ki, «Iskander» raket sistemi mobildir və döyüş təlimlərinin bir hissəsi olaraq, ilboyu ölkənin müxtəlif yerlərinə daşınır, «Kalininqrad da istisna deyil».

Rusiya Federasiya Şurasının müdafiə komitəsindən Frants Klintsevich bildirib ki, Rusiya müharibə şəraitində deyil və bu tədbirlər kimsəni narahat etməməlidir.

3-CÜ DÜNYA MÜHARİBƏSİ?

Amma «International Business Times» 3-cü Dünya müharibəsi ilə bağlı narahatlıqların artdığını yazır. Qəzet rus mətbuatının müharibə proqnozları verdiyini vurğulayır, Rusiya Suriya lideri Assad-ı vurmağa çalışan ABŞ-a cavab verərsə, 3-cü Dünya müharibəsinin başlayacağını ehtimal edən müəlliflərdən sitat gətirir.

Son günlər Qərb nəşrləri Birləşmiş Ştatların Suriya hərbi obyektlərini vurmaqla bağlı planları gözdən keçirdiyini yazırlar. ABŞ-ın dövlət katibi John Kerry keçən həftə Rusiyanın Suriyada hərbi cinayət törətdiyini söyləyib, Obama administrasiyası ABŞ sənədlərinə haker hücumlarına görə ilk dəfə olaraq Kremli günahlandırıb, Rusiyanın ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışdığını bildirib. CNN televiziyası isə xəbər verir ki, keçən həftə Rusiyada kütləvi raket və nüvə hücumlarından qorunmaq istiqamətində təlimlər keçirilib.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier durumun indi Soyuq müharibə dövründəkindən də təhlükəli olduğunu deyib. «International Business Times» belə yazır.

XS
SM
MD
LG