Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 13:09

İŞİD-in təchizat xətti Avropa və Türkiyədən başlayır


İŞİD Raqqa şəhərində.

«Conflict Armament Research» (CAR) «İslam dövləti» (İŞİD) silahlı qruplaşmasının avadanlıqlarının çoxunu Türkiyədən gətirdiyini aşkarlayıb. CAR münaqişə zonalarında tapılan silahların mənbəyini araşdıran qurumdur, Böyük Britaniyada yerləşir. Onun son araşdırması haqda «The Jerusalem Post» qəzeti yazır.

VAHİD MƏNBƏ

CAR İraqda, Mosul yaxınlığındakı Gökçəli kəndində «İslam dövləti» (İŞİD) yaraqlılarının atıb getdiyi anbarı tədqiq edib. Anbarda Fransanın «Tereos» şirkətinin istehsalı olan 100 kisə sorbitol maddəsi, həmçinin Türkiyənin «Toros» şirkətinin buraxdığı kalium turşusu kisələri tapılıb. Maxmurda İŞİD Avstriya istehsalı olan partlayıcıları qoyub gedib və bütün bunların İraqa Türkiyədən gətirildiyi güman olunur.

CAR sənədlərində İŞİD-in şəkər əvəzləyicisi olan sorbitoliumdan reaktiv mühərriklərdən ötrü yanacağın hazırlanmasında istifadə edildiyi deyilir.

Buna da bax-İŞİD üçün bu qədər 'Toyota' haradandır?

«Eyni istehsalçının, həm də eyni vaxtda hazırladığı kimyəvi maddənin belə çox olması mənbənin vahidliyindən, həm də genişmiqyaslı təxribatdan xəbər verir», – CAR-ın hesabatında vurğulanır.

SURİYADAN İRAQA

Mosul və Fəlluc yaxınlığında tapılan alüminium yeşikləri də Türkiyənin «Metkim Kimyevi Maddeler» şirkətinə məxsusdur. Tikritdə tapılan gübrə kisələrinin də 2015-ci ildə Türkiyədən gətirildiyi aşkarlanıb.

İŞİD yaraqlıları
İŞİD yaraqlıları

Mütəxəssisləri əndişələndirən odur ki, Türkiyə İŞİD-in ələ keçirdiyi Suriya torpaqlarıyla sədləri nə qədər möhkəmləndirsə də, tapılan maddələr bu qruplaşmanın əlinin Türkiyəyə asanlıqla çatdığını, oradan aldığı təchizatı Suriya vasitəsilə İraqa yetişdirə bildiyini təsdiqləyir.

«Tapıntılar qrupun əvvəla, Türkiyədə fəaliyyət göstərən toplama şəbəkəsinə, ikincisi, Suriyadan İraqa yönələn təchizat marşrutuna malik olduğunu göstərir», – sənəddə qeyd edilir.

PAYLAYICI ŞƏBƏKƏSİ DƏ VAR

Təşkilat İŞİD-in təkcə silahları əldə etmək deyil, həm də onları paylamaqdan ötrü peşəkar, mərkəzləşmiş şəbəkəsinin olduğunu aşkarlayıb.

Buna da bax-'Wikileaks' bu dəfə Erdoğan-ın kürəkənini hədəfləyib

Amma tapılan maddələrin hamısı Türkiyədən deyil. Məsələn, CAR-ın tapdığı kisələrdən biri Livanın «Al Khaleej» şirkətinə məxsusdur və onun Bağdadda Ticarət Nazirliyinə satıldığı müəyyən edilib. İŞİD bu maddələri, güman ki, İraqda apardığı əməliyyatlar nəticəsində, silah-sursatla birgə ələ keçirib.

Qəzet İŞİD-in 50 minlik ordusu olduğunu, təşkilata qoşulanların çoxunun 2014-cü ildən bu yana, Avropa, Çeçenistan, Tunis və Uzaq Şərqdən Türkiyədən keçərək gəldiyini qeyd edir.

Maddə kisələrinin üzərindəki tarixlər isə onların alınmasıyla bağlı sövdələşmələrin 2014-cü ilin oktyabrından 2015-ci ilin yanvarına qədər əldə edildiyini göstərir. CAR İŞİD-in istifadə etdiyi yağlama materiallarının 2015-ci ilin sentyabrında hazırlandığını müəyyənləşdirib.

XS
SM
MD
LG