Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:06

İŞİD-ə qoşulmaqda suçlanana 15 il həbs verildi


Azərbaycanlıları İŞİD-ə aparan səbəblər
Gözlə

No media source currently available

0:00 0:17:02 0:00

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər

Həyat yoldaşını da götürüb Suriyaya gedən və orada «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulmaqda suçlanan Mahir Musayevin mühakiməsi başa çatıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il həbs cəzası alıb.

TÜRKİYƏDƏN SURİYAYA KEÇİBLƏR

Mahir Musayev məhkəmədə ifadəsində də Suriyaya getdiyini inkar etməyib. Deyib ki, Suriyadakı olayları internet vasitəsilə izləyəndən sonra ora getmək qərarına gəlib. Gedib bir müddət orada qalıb da. Oradakı azərbaycanlılardan Zərbalı ona məsləhət görüb ki, qayıdıb ailəsini də aparsın. O da gəlib, həyat yoldaşını da özü ilə Suriyaya aparıb.

Həyat yoldaşı Türkan Məmmədova məhkəmədə deyib ki, özü də ibadətlə məşğuldur. Onun sözlərinə görə, Mahir evdən işləmək məqsədilə Türkiyəyə getmək adı ilə çıxıb. Suriyada olduğu müddətdə ailə onun Türkiyədə olduğunu düşünüb. Həyat yoldaşını aparanda da ona Türkiyəyə getdiklərini deyib. Əvvəlcə elə Türkiyəyə gediblər. Amma sonradan Suriyaya keçiblər. Həyat yoldaşının sözlərinə görə, Suriyaya çatandan sonra bundan xəbər tutub. Orada bilib ki, əri onu Suriyaya gətirib.

Türkan Məmmədova deyir ki, bir müddət sonra əri ilə oradakı başqa adamlar arasında dini baxışlarla əlaqədar ziddiyyətlər yaranıb. Bu səbəbdən əri onu da götürüb Suriyadan qaçıb. Azərbaycana qayıdandan sonra isə həbs olunub.

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

MƏRHUM DÖYÜŞ YOLDAŞININ ARVADIYLA EVLƏNİB

Mahir Musayevin ifadəsində adıçəkilən Zərbalı Abdullazadə də bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

O bildirib ki, 2013-cü ildə Suriyada başlayan döyüşlər barədə internetdən, kütləvi informasiya vasitələrindən xəbər tutub, orada hökumət qüvvələrinə qarşı cihadda iştirak etmək qərarına gəlib: «Artmada Azərbaycan camaatında iştirak edən dostum Pərvinlə əlaqə saxlayıb döyüşlərə qatılmaq istədiyimi dedim. Pərvin fikrimi bəyəndi, Suriyaya gələcəyim halda məni qarşılayacağına söz verdi. Pərvin məni «Abu Hafz»ın camaatına qoşulmağa dəvət etdi».

2013-cü ilin aprelində əvvəlcə Türkiyəyə, oradansa Suriya ilə sərhəd olan Hatay vilayətindən Artmaya keçib.

Zərbalı Abdullazadə onu da bildirib ki, döyüşdə ölən dostunun arvadının maddi sıxıntı içərisində yaşadığını görüb və onunla evlənmək qərarına gəlir. Bu barədə həyat yoldaşına dedikdə, qadın bu işi onun öhdəsinə buraxıb. Və birinci həyat yoldaşının razılığını aldıqdan sonra mərhum döyüş yoldaşının arvadı Rəbiyyə ilə evlənib.

İndiyədək Suriyaya gedib İŞİD-ə qoşulmaqda təqsirləndirilən bir neçə qrupun məhkəməsi keçirilib, onlar uzunmüddətli həbs cəzası alıb.

XS
SM
MD
LG