Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Birgə rəsmi məlumat: Bəzi yerlərdə elektik bərpa edilib...YENİLƏNİR


Bakı metrosu, "İçəri Şəhər" stansiyası, 3 iyul 2018
Bakı metrosu, "İçəri Şəhər" stansiyası, 3 iyul 2018

Bakı metrosunda sərnişinlərin təxliyəsinin başa çatdığı bildirilir.

Bu barədə “ Report”a Bakı Metropoliteni “ ASC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda tunellərin yoxlanması işləri həyata keçirilir. Bundan sonra qatarların hərəkət edib-etməməsi ilə bağlı göstəriş veriləcək.

Bu arada Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhimdar Cəmiyyəti (ASC) birgə məlumat yayıblar.

Bakının Yasamal rayonu

Yasamalda dükan-bazarın işi iflic olub - Müsahibələr
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Məlumatda bildirilir ki, bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır:

“Elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabuncuda 30 faiz , Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz, Nizami rayonunda 10 faiz bərpa olunub.”

Müxbirimizin bu məlumat yayılandan az sonra Bakıda çəkdikləri

Bakı işıqların təkrar kəsilməsindən sonra - 3 iyul
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00

Məlumatda qeyd edilir ki, həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib:

“Qısa müddət ərzində ölkənin digər bölgələrində də enerjinin verilişi bərpa ediləcək. Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhəli şəkildə elektirik enerjisinin təminatı bərpa edilməkdədir.

İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub. Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir”, məlumatda vurğulanır.

***

Hüquq müdafiəçisi Taleh Xasmməmədov Göyçay rayonunda çörək növbələrinin yarandığını yazır.

***

Bakının və ölkənin elektrik enerjisi ilə təchizatında yenidən problem yaranması ilə bağlı yerli saytlarda ən müxtəlif məlumatlar yayılıb.

"Report" agentliyi də “ Azərenerji” ASC-yə istinadən məlumat yayıb ki, Şimal Elektrik Stansiyası və Sumqayıt Elektrik Stansiyasında açılma olub.

Hazırda "Azərenerji" ASC-də hadisə ilə bağlı araşdırmalar aparıldığı qeyd edilir.

APA agentliyinin xəbərinə görə, Mingəçevir İstilik Elektirik Stansiyasının (İES) qəza baş vermiş 6-cı blokunda təmir-bərpa işləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

Nizami metrosunun qarşısı

Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yarandığı vurğulanır.

Agentliyin xəbərinə görə, hazırda qəza nəticələrinin aradan qaldırılmasından ötrü tədbir görülür.

Bu gün, iyulun 3-ü saat 18-45 radələrində Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.

Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişinin yenidən dayandırıldığı bildirilir.

Eyni zamanda, bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər.

Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi “ Bakı metropoliteni” Qapalı Səhimdar Cəmiyyətinin (QSC) işinə mənfi təsir edib.

Bu görüntülər Əhmədli stansiyasının girişindəndi. İçəri heç kəs buraxılmır.

Əhmədli stansiyası bağlıdı, heç kəs içəri buraxılmır - 3 iyul
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

"APA-Economics"in məlumatına görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb: "Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Tədbirlər planına uyğun tədbirlər görülür".

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilir. Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanıb. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Mingəçevridəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar olaraq Dövlət Komissiyası da yaradılmışdı.

Prezident İlham Əliyev bu gün, iyulun 3-də bununla bağlı sərəncam imzalamışdı.

Sərəncama əsasən Baş nazirin birinci müavini komissiyanın sədri təyin edilib.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq, prezidentə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılmasından ötrü təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılmışdı.

Sərəncamla həmçinin, hüquq mühafizə qurumlarının üzərinə baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi vəzifəsi qoyulmuşdu.

XS
SM
MD
LG