Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

A.Hacılı: ‘Bu məsələdə məsuliyyət bir nəfərlə məhdudlaşa bilməz’


Arif Hacılı, Bakı, 7 iyun 2013
Arif Hacılı, Bakı, 7 iyun 2013

“İyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza özü çox böyük hadisədir. Bu Azərbaycanın təhlüksəziliyi məsələsidir və hadisə göstərdi ki, ölkə belə qəzalardan sığortalanmayıb”.

Müsavat Partiyasının başqanı Arif Hacılı bunu iyulun 4-də prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə səslənən fikrləri dəyərləndirərəkən deyib.
Baş verən hadisəyə gəlincə, A.Hacılı hesab edir ki, buna görə təkcə məsuliyyət “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin (ASC) sədri Etibar Priverdiyevin üzərinə qoyula bilməz:

“Bu hadisəyə görə, İlham Əliyevin rəhbərlik etdiyi hökumət də bütünlükdə dövlət və xalq qarşısında məsliyyət daşıyır”.

Buna da bax: Prezident : ‘Siz, sadəcə olaraq utanmalısınız, xalq qarşısında, ölkə qarşısında’​

Partiya rəhbəri hesab edir ki, başqa tərəfdən bu hadisə “utanmaq”, “xəcalət çəkmək”lə yola verilə bilməz :

“Əslinə qalarsa, Azərbaycan hakmiyyəti ölkə miqyaslı bir hadisəni bir nəfər sahə rəhbərinin üzərinə qoymaqla problemi kiçiltmək, lokal miqyasda göstərməyə çalışır. Amma fikrimcə, məsələyə Azərbaycann qlobal təhlükəsizlik bucağından yanaşmaq lazımdır”.

A.Hacılı hesab edir ki, qəzanın səbəblərinin araşdırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının iyulun 4-də keçirilən iclasında tənqidlərin E.Pirverdiyevə ünvanlanması məhz məsuliyyəti bütünülkdə hakimiyyətin yox, konkret şəxsin üzərinə qoymaq idi.

Partiya sədri bildirir ki, hətta bu tənqidləri edən dövlət başçısı özü də bilir ki, burada məsuliyyət təkcə E.Pirverdiyevlə bitmir.

Üstəlik, Arif Hacılı vurğulayır ki, tənqidlərə baxmayaraq E.Pirverdiyev vəzifədən də uzaqlaşdırılmayıb.

A.Hacılı deyib ki, ölkənin enerji sektoruna milyardlarla vəsait qoyulub, amma enerji təhlükəsizliyi sahəsində nəzərdə tutulan hədəflərə çatılmayıb:
“Burada ilk növbədə korrupsiyadan danışmaq olar, bir çox sahələrdəki kimi, burada da, korrupsiya və yeyinti öz rolunu oynayıb”

Müşavirədə nə baş vermişdi?

Prezident yanında eneji müşavirəsi, 4 iyul 2018
Prezident yanında eneji müşavirəsi, 4 iyul 2018

​İyulun 4-də Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Müşavirədə prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tənqid edib:

“Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir...Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə neft şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam… Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz...”

Rəsmi açıqlamaya görə, E. Pirverdiyev vəziyyəti əvvəlcə havaların istiləşməsi və bununla bağlı elektrikə olan təlabatının 40 faiz artması ilə izah etmişdisə də, o, prezidentin bu dediklərinə hər hansı münasibət bildirməyib.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda qəza baş verdiyi bildirilirdi.

Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib.

Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanıb.

XS
SM
MD
LG