Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:32

«Bunu eləyənin Fərda olduğunu eşidəndə kənd şoka düşdü»


«Televiziyada göstərilən o dəhşətlə Fərdanı tanıdığımız dövrü müqayisə eləmək mümkün deyil»
«Televiziyada göstərilən o dəhşətlə Fərdanı tanıdığımız dövrü müqayisə eləmək mümkün deyil»
Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində Fərda Qədirov haqda nə deyirlər? «Azadlıq» radiosunun suallarını Daştəpə kəndinin aid olduğu bələdiyyənin sədr müavini Vidadi Həsənov cavablandırır:

- Neft Akademiyasındakı qırğını törədənin Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini Fərda Qədirov olduğunu eşidəndə kənd camaatı neylədi?

- Kənd şoka düşdü. Bu, çox pis haldır. Bütün kənd bunu pisləyir. Ancaq camaatımız bunu eləyənin Fərda olduğuna inana da bilmir. Çünki onun tərbiyəsinə, yaşadığı bu illərə, ailəsinə baxanda inanmağımız gəlmir. Onun nəslində-kökündə belə şey yoxdur.

- Fərda Qədirov hansı ailədən çıxıb?

- Ziyalı ailəsindən, atası dil-ədəbiyyat müəllimi olub, anası evdar qadındır. Hazırda Rusiyadadırlar, Podolsk vilayətində. Təxminən 15 il olar, kənddən ailəliklə çıxıblar. Ancaq kənddə evləri qalır.

- Bəlkə bu 15 ildə dəyişib Fərda?

- İki ay əvvəl bura gəlmişdi, qonşuları elə bir dəyişiklik hiss eləmədilər.

- Bakıdakı versiyalardan biri də budur ki, bəlkə o, dini ekstremist təşkilatlarla bağlı olub?

- Yox, Gürcüstanda yaşayanda onun elə bir dindarlığı olmayıb. Sadəcə olaraq o, elə uşaqlıqdan bir az qapalı idi. Bütün gününü, bəzən bir həftəni televizor qabağında keçirə bilərdi, peyk televiziyasına baxmaqla. Belə xüsusiyyəti var.

- Neft Akademiyası ilə onun əlaqəsi var idimi?

- Yox, heç bir əlaqəsi olmayıb, bizim bildiyimizə görə. Orta təhsillidir, orda oxuyan sinif yoldaşı, tələbə yoldaşı yoxdur.

- Bəlkə onun psixoloji problemləri var idi?

- Qonşularla konflikti olmayıb. Ancaq təbiətində qapalılıq var.

- Ola bilərmi, deyirlər, suyun lal axanı, adamın yerə baxanı...

- Yox, belə hallar olsaydı, bilərdik.

- Hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında deyilir ki, bu qırğını törədənin üstündən Fərda Qədirovun adına sənəd tapılıb. Yəni hələ şəxsiyyəti dəqiqləşdirilməyib.

- Biz onun şəklini görməsək, bunu Fərdanın törətdiyinə inana bilmərik. Çünki televiziyada göstərilən o dəhşətlə Fərdanı tanıdığımız dövrü müqayisə eləmək mümkün deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG