Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:17

İsfahanda etirazçıların çadırları dağıdılıb


İsfahanda etiraz, 19 noyabr, 2021-ci il
İsfahanda etiraz, 19 noyabr, 2021-ci il

Ötən həftə bir qrup etirazçı İsfahandan keçən Zayandehrud çayının qurumuş yatağında çadırlar qurub

Ötən həftə İranın üçüncü böyük şəhəri olan İsfahanda fermerlərin qurumuş çay yatağında quraşdırdığı çadırlar polis tərəfindən yandırılıb, ərazidə atəş səsləri eşidilib. Xəbəri AzadAvropa/AzadlıqRadiosunun farsdilli xidməti – Radio Fərda yayıb.

Fermerlər suyun kəsilməsinə etiraz edirlər.

Xəbərlərdə deyilir ki, çadırlar təhlükəsizlik qüvvələri tərəfindən yandırılandan sonra şəhər bələdiyyəsi ərazini “təmizləməyə” başlayıb.

Etirazlar noyabrın 8-də başlanıb. Ötən həftə isə bir qrup etirazçı İsfahandan keçən Zayandehrud çayının qurumuş yatağında çadırlar qurub.

Noyabrın 18-də İsfahanda minlərlə insan suyun kəsilməsinə, Zayandehrudun qurumasına etiraz yürüşünə çıxıb.

Etirazlar şəhərə yayılıb

Ötən həftə dövlət televiziyasında və sosial mediada yayılmış foto və videolarda fermerlərin və digərlərinin qurumuş çay yatağında və şəhərin digər yerlərində yığışaraq “Zayandehrud çayını qaytarın” şüarları səsləndirdiyi görünürdü.

Birinci Vitse-prezizdent Məhəmməd Moxber deyib ki, İsfahanda və başqa yerlərdə su problemini həll etmək üçün iclaslar keçirilib.

Son illər İranda oxşar etirazlar baş verir.

İyulda Xuzistanda su qıtlığına etiraz yürüşlərində ölənlər olub.

İran Meteorologiya Təşkilatı ölkənin 97 faizində müəyyən dərəcədə quraqlıq olduğunu bildirir.

Ancaq su böhranının bir səbəbi kimi də pis idarəçilik göstərilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG