Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 17:59

Daimi iş yerlərini əsasən fərdi sahibkarlar yaradıb


İş elanı

Ötən il Azərbaycanda yaradılan müəssisə və təşkilatların 70 faizdən çoxu Bakı və Abşeronun payına düşüb. Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, ölkə ərazisində 2016-cı ildə yaradılmış 80 min 12 yeni müəssisə və təşkilatdan 63.5 faizi Bakıda, 11.5 faizi Aran, 7.4 faizi Abşeron, 4.6 faizi Lənkəran, 4.3 faizi Gəncə- Qazax, 2.9 faizi Quba-Xaçmaz, 2.7 faizi Şəki-Zaqatala, 1.5 faizi Dağlıq-Şirvan, 0.8 faizi Yuxarı-Qarabağ iqtisadi rayonlarında, 0.8 faizi Naxçıvanda fəaliyyətə başlayıb.

155 MİNƏ YAXIN DAİMİ İŞ YERİ

Komitənin məlumatına görə, ötən il ölkədə 196 min 539 yeni, o cümlədən 154 min 853 daimi iş yerləri açılıb. Daimi iş yerlərinin, əsasən, fərdi sahibkarların yaratması diqqət çəkir. Açılmış daimi iş yerlərinin 9.7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 18.2 faizi mövcud müəssisə və təşkilatlarda, 0.8 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 71.3 faizi isə fərdi sahibkarlıq subyektlərində yaradılıb.

Buna da bax-Prezidentin dediyi '40 min iş yeri' haradadır?

Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər.

Yeni iş yerlərinin 24.9 faizi Bakının, 1.5 faizi Naxçıvanın, 73.6 faizi regionların, o cümlədən 29.1 faizi Aran, 13.3 faizi Gəncə- Qazax, 6.6 faizi Lənkəran, 5.7 faizi Abşeron, 5.4 faizi Şəki-Zaqatala, 4.9 faizi Quba-Xaçmaz, 4.7 faizi Dağlıq Şirvan, 3.4 faizi Yuxarı Qarabağ, 0.5 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

BİRGƏ TƏŞƏBBÜSLƏRDƏN DAHA ASANDIR

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, daimi iş yerlərini, əsasən, fərdi sahibkarların yaratması onu göstərir ki, ölkədə fərdi təşəbbüskarlıq birgə təşəbbüslərdən daha asan reallaşa bilir.

Onun fikrincə, iş yerlərinə çıxış imkanları məhdud və ya mövcud iş yerlərində qazanclar aşağı olduğundan, fərdi sahibkarların iş yerləri yaratması geniş yayılıb: «Belə iş yerləri dayanıqlı deyil və oradakı qazanclar da sabit deyil».

Günün bütün mövzuları

XS
SM
MD
LG