Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:48

Nəzarət olunacaq iri dövlət şirkətlərinin sayı artır


Azərbaycan Dəmir Yolları QSC, 14 oktyabr 2009
Azərbaycan Dəmir Yolları QSC, 14 oktyabr 2009

Azərbaycanda gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin yeni siyahısı təsdiqlənib. APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" qərarında əksini tapıb.

Siyahıya SOCAR, "Azərenerji" ASC, Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərsu" ASC, "Azərişıq" ASC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Metropoliteni" QSC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar ("Azərkosmos" ASC, "Aztelekom" MMC, "Azərpoçt" MMC və "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi) daxil edilib.

Yeni qərarın qəbulu ilə bağlı Nazirlər Kabineti "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" 2005-ci il 9 iyun qərarını ləğv edib.

Bu qərara əsasən iri vergi ödəyicilərinin siyahısına SOCAR, "Azərenerji" ASC, "Azərbaycan Dəmir Yolları" QSC, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olan, səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslər, "Azərsu" ASC, "Azərbaycan Hava Yolları" QSC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərişıq" ASC, "Bakı Metropoliteni QSC daxil edilib.

Natiq Cəfərli
Natiq Cəfərli

"Demək Audit Palatası, Hesablama Palatası işinin öhdəsindən gəlməyib"

Məsələni şərh edən Natiq Cəfərli deyir ki, bu daha çox bu iri şirkətlərə ayrılan vəsaitlərin səmərli xərclənməsini təmin etmək məqsədi güdür:

“Bu şirkətlərə həm büdcə ayımaları olurdu, həm dotasiya verilirdi, həm də digər yardımlar edilirdi. İndi isə nəzarəti gücləndimək müxanizmi işə salınır. Amma bu arada nəzərə almaq lazımdır ki, ölkədə Audit Palatası, Hesablama Palatası var. Bunlar maliyyə vəsaitlərinin xərclənməsilə bağlı hesabatlar hazırlayırlar. Deməli, adı çəkilən iki qurum işinin öhdəsindən gəlməyib. Ona görə yeni yanaşma tətbiq edirlər. Əgər bu qururmların fəaliyyəti səmərli olsa idi yeni yanaşmaya ehtiyac qalmzadı".

Ekspert deyir ki, bu məsələdə böhran da öz rolunu oynayır. Buna görə də vəsaitlər üzərinə nəzarət gücləndirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG