Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Fevral, çərşənbə, Bakı vaxtı 09:24

İraqda etirazlar davam edir


İraqın Kərbala şəhərində etiraz aksiyası, 20 yanvar, 2020

Bazar ertəsi İraqda keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən toqquşmalarda 2 polis öldürülüb, onlarla etirazçı xəsarət alıb.

Bu barədə Reuters agentliyi güc qurumlarına istinadla xəbər verir.

Paytaxt Bağdadda aksiyaçılar polisə “Molotov kokteylləri” atıb, polisi daşqalaq edib.

Həmçinin ölkənin cənub şəhərlərində aksiyaçılar avtomobil təkərləri yandıraraq əsas yolları bağlayıblar.

Təhlükəsizlik qüvvələri aksiyaçılara qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə ediblər.

Aksiyaçılar baş nazir Adel Abdul Mahdini, yeni hökumət təyin edilməsi də daxil olmaqla,verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar.

Ötən il oktyabrın 1-dən İraqda kütləvi etirazlar keçirilir.

Aksiyaçılar hakimiyyəti korrupsiyada, ölkəni yoxsulluğa düçar etməkdə ittiham edirlər.

O vaxtdan bu yana baş verən toqquşmalarda 450-dən çox adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG