Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 19:51

İraq kürdləri müstəqillik referendumunu keçirmək əzmindədirlər


Kürd peşmərgə qüvvələri müstəqil Kürdüstanın silahlı qüvvələri olmağa hazırlaşırlar

İraqdakı kürd muxtar regionunun parlamenti Kürdüstanın müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib.

İraq, Türkiyə və İran belə bir referendumun keçirilməsinə qarşıdırlar.

Qərb ölkələri müstəqillik referendumunun regiondakı gərginliyi son həddə çatdıra biləcəyindən narahatdırlar.

Kürd parlamentindəki millət vəkillərinin böyük əksəriyyətinin referenduma səs verməsindən sonra sentyabrın 15-də muxtar Kürdüstan regionunun vise-prezidenti Jaafar Aimenky referendumun keçiriləcəyini elan edib.

Referendumun nəticəsi icra üçün icbari sayılmayacaq, lakin Türkiyə və İran kürd muxtariyyətinin son qərarından qəzəbləniblər. Ankara və Tehran İraq kürdlərinin keçirdiyi referendumun onların öz ərazisindəki kürd əhalisi arasında həyəcan yarada biləcəyindən narahatdırlar.

Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri də referendumun əleyhinə çıxırlar. Vaşinqton referendumun Bağdaddakı kövrək hökuməti daha da zəiflədəcəyindən nigarandır.

Bundan əvvəl, sentyabrın 12-də İraq parlamenti Kürdüstan referendumunun keçirilməsini qadağan etmiş, baş nazir Haider al-Abadini ölkənin bütövlüyünün qorunması üçün kürd tərəfi ilə ən ciddi dialoqun aparılmasına vəkil etmişdi.

Lakin Kürdüstanın lideri Masud Barzani elan etmişdi ki, müstəqillik referendumu keçiriləcək, çünki kürdlərin hüquqlarının qorunması üçün bütün başqa tədbirlər fayda verməyib.

2005-ci ildə İraq federativ respublika quruluşuna keçəndən sonra ölkənin şimalındakı Kürdüstan regionuna muxtariyyət verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG