Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:08

İraq Türkiyə ilə kürd muxtariyyəti arasındakı sərhədi nəzarətə götürüb


İraq hökumət qüvvələri Kürdüstan muxtar ərazısındə Türkiyə ilə əsas sərhəd keçid məntəqəsi üzərində nəzarəti ələ alıb. Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım məlumat verib.

Yıldırım Türkiyədə hakim AKP partiyasının oktyabrın 31-də keçirilən iclasında deyib ki, İbrahim əl-Xəlil keçid məntəqəsi İraq hökumətinə təhvil verilib.

Baş nazir bunu da əlavə edib ki, bundan sonra bütün sərhəd məsələləri İraq və Türkiyə rəsmiləri arasında həll olunacaq.

İraqın Kürdüstan regionu müstəqillik referendumu keçirəndən sonra İran, kürdlər Türkiyə və İraq tərəfindən təcrid edilmişdi.

Bu da xəbər verilir ki, İraq qüvvələri bütün sərhəd boyunca xidmətə başlayıblar.

Bu hadisə ilə əlaqədar sərhəd boyunca Kürd Regional Hökumətinin bayraqları İraqın dövlət bayraqları ilə əvəz edilməliydi.

Sərhəddə baş verən təhvil-təslim işinə görə buraxılış məntəqəsinin hər iki tərəfində maşınların uzun növbəsi yaranıb.

Toqquşmalar barəsində məlumat olmayıb.

Bu arada Iraq hökuməti bildirib ki, tezliklə kürd regionunun Suriya ilə sərhədində də hökumətin sərhəd xidməti bərpa olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG