Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:55

İran əsilli şəxs Almaniyada 10 nəfəri bıçaqlayıb


Yaralılara tibbi yardım göstərilir
Yaralılara tibbi yardım göstərilir

İranda doğulmuş bir nəfər Almaniyanın şimalında hərəkət edən avtobusda 10 nəfərə bıçaqla xəsarət yetirib.

Onun hücumunun qarşısı sərnişinlər tərəfindən alınıb və polis şübhəlini həbs edib.

İnsidentin baş verdiyi Lyubek şəhərinin hakimiyyət orqanları iyulun 20-də deyiblər ki, hücumun motivləri barəsində heç bir informasiyaya malik deyillər.

Onlar habelə deyiblər ki, bu şəxsin terrorizmlə bağlılığı və ya radikallaşdığöı barədə heç bir məlumat yoxdur.

Almaniya hökuməti bu insidentdə əvvəlcə 14 nəfərin xəsarət aldığını bildirmişdi, lakin son dəqiqləşdirmədən sonra xəsarət alanların sayının 10 nəfər olduğu bəlli olub.

Lyubek şəhərinin prokurorluğu bildirib ki, şübhəli İranda doğulsa da, Lyubekdə çoxdan yaşayır və Almaniya vətəndaşıdır.

Şübhəli müstəntiqlərlə danışmaqdan imtina edir və məhkəmə qarşısına iyulun 21-də çıxarılacaq.

Prokurorluğun dediyinə görə insident şübhəli bel çantalarından birinə od vuranda başlanıb.

Sürücü tüstünü görəndə avtobusu saxlayıb və dərhal şübhəlinin hücumuna məruz qalıb.

O avtobusu tərk etməzdən əvvəl 13 santimetrlik mətbəx bıçağı ilə bir neçə nəfərə xəsarət yetirib.

Bundan sonra sərnişinlər onu zərərsizləşdirərək polisə təslim ediblər.

Müstəntiqlər deyirlər ki, şübhəlinin çantasından partladıcı yox, alışdırıcı maddə tapılıb.

Lyubek şəhəri Hamburq yaxınlığında yerləşir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG