Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:43

İranla sərhəddə daha 110 kq heroinin saxlandığı bildirilir


Martın 18-də isə İran sərhəddində 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar etdiyini açıqlamışdı
Martın 18-də isə İran sərhəddində 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar etdiyini açıqlamışdı

Azərbaycan Dövlət Gömrük Komitəsi ( DGK) İranla sərhəddə daha 110 kiloqram heroin saxladığını açıqlayıb.

Bu barədə Komitə bu gün, martın 19-da məlumat yayıb.

DGK qeyd edir ki, İran İslam Respublikasından (İİR) külli miqdarda narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

“İsveçə "yeyinti malları" adı altında yük daşıyan İİR vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi "VOLVO" markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və "Belıy" ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə 110 kq 400 qram narkotik vasitə-heroin aşkarlanıb” - Komitə bildirir.

DGK açıqlamasında daha sonra yazılıb : “Tutulan narkotik vasitənin İran İslam Respublikasından İsveçə aparılmasını nəzərə alsaq, 110 kq 400 qram heroinin Avropanın "qara bazar"ında dəyəri, təxminən 20 milyon manat təşkil edir. Faktla bağlı araşdırma aparılır”

Bu açıqlamaya, hələlik, sözügedən İran vətəndaşının, onun vəkillinin, həmin ölkənin və İsveçin əlaqəli qurumlarının münasibətini almaq mümkün olmayıb

Xatırlatma

Dövlət Gömrük Komitəsi bir gün əvvəl, martın 18-də isə İran sərhəddində 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar etdiyini açıqlamışdı. Açıqlamada həmin malın isə İrandan Azərbaycandan keçməklə Gürcüstana göndərildiyi qeyd olunurdu.

XS
SM
MD
LG