Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:41

ABŞ-da iranlı politoloq həbs edilib


İllüstrativ foto
İllüstrativ foto

ABŞ Ədliyyə Nazirliyi iranlı politoloqa qarşı onun İran hökumətinin agenti olmasını iddia edən ittiham irəli sürüb.

Nazirlik yanvarın 19-da bildirib ki, ABŞ-da daimi oturum haqqı olan İran vətəndaşı Kavə Əfrasiyabi Massaçusets ştatındakı evində həbs olunub.

Ona qarşı ittihamda Əfrasiyabinin “qeydiyyatsız xarici agent kimi fəaliyyət göstərdiyi və ya fəaliyyətə cəhd göstərdiyi” bildirilir.

Əfqasiyabi yanvarın 19-da Boston federal məhkəməsinin qarşısına çıxarılmalı idi.

Əgər hər iki ittiham üzrə təqsirli bilinərsə, onu 10 il müddətində həbsxana cəzası gözləyə bilər.

Milli təhlükəsizlik üzrə baş prokuror John Demers deyib ki, Kavə Əfrasiyabi bir onillik ərzində özünü Konqresə, jurnalistlərə və Amerika cəmiyyətinə İran üzrə neytral və müstəqil ekspert kimi təqdim edib.

Məvacib ödənib

Demers əlavə edib ki, əslində isə o, “İran hökumətinin və İslam Respublikasının BMT-dəki daimi missiyasının məxfi əməkdaşı olub və ona təbliğatla məşğul olduğuna görə məvacib ödənib”.

Əfrasiyabi və ya onun vəkili bu ittihamla bağlı heç bir şərh verməyiblər.

Federal prokurorlar deyiblər ki, Əfrasiyabi İranın adından Birləşmiş Ştatlardakı ictimai rəyi qəzet məqalələri, ABŞ mediasındakı çıxışları ilə təsirləndirməklə məşğul olub.

Onlar habelə deyiblər ki, Əfrasiyabi bir ABŞ konqresmenini və Dövlət Departamentini İrana sərfəli siyasətlərin qəbulu üçün lobbi edib.

Bundan başqa politoloq İran diplomatlarına ABŞ xarici siyasəti barədə məsləhətlər verib.

Bu da bildirilir ki, Əfrasiyabiyə İranın BMT-dəki daimi nümayəndəliyinin bank hesabı vasitəsilə 2007-ci ildən bəri 265 min dollarlıq çeklər ödənib.

O habelə ən azı 2011-ci ildən bəri səhiyyə müavinətləri alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG