Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:43

İranın yeganə qadın olimpiya mükafatçısı ölkəni tərk edib


Kimia Əlizadə, Rio de Janeiro,18 avqust 2016

İranın yeganə qadın olimpiya mükafatçısı Kimia Əlizadə siyasi səbəblərə görə ölkədən köçdüyünü bildirib.

İndi 21 yaşı olan Kimia Əlizadə 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında Taekvondo üzrə yarışda bürünc medal qazanıb.

Ölkədən getmə qərarını İnstaqramda elan edən Kimia Əlizadə bu sözləri yazıb.

"Nədən başlayım - bir təbriklə, vida ya da başsağlığı ilə?"

Özünü "İrandakı milyonlarla məzlum qadından biri" adlandıran Əlizadə İranı beynəlxalq aləmdə təmsil edən idmançının heç vaxt sərbəst olmadığını yazıb:

"Mən həmişə deyilən sözləri təkrarlamalı və mənə əmr edilmiş paltarları geyinməli idim. Biz yalnız alətlərik. Yalnız medallarımız qiymətləndirilir, çünki onları siyasi məqsədlər üçün istifadə etmək olar."

Əlizadənin sözlərinə görə, təhlükəsizlik və taekvondo ilə xoşbəxt yaşamaq istəyir.

"Mən yalan və saxtakarlıq stolu arxasında oturmaq istəmirəm" deyən idmançı verdiyi bu qərarın Olimpiadada qələbə çalmaqdan daha çətin olduğunu vurğulayır.

İdmançı bundan sonra harada yaşayacağını və hansı bayraq altında çıxış edəcəyini yazmayıb. Bir müddət əvvəl onun Hollandiyada məşqlər etdiyi deyilirdi.

Bununla da Əlizadə İranı tərk etməsi ilə bağlı bir neçə gün əvvəl yayılan şayələri təsdiq edib. (müxtəlif İnternet resurslarında Kimia Əlizadənin əslən azərbaycanlı olduğu vurğulanır)

Tehran Ukrayna sərnişin təyyarəsinin İran hərbçiləri tərəfindən vurulması ilə bağlı məlumatları təsdiqləyəndən sonra ölkədə etirazlar başlayıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG