İrandan Azərbaycana gələn bu ölkə vətəndaşının daxili orqanında heroin və tiryək aşkarlandığı bildirilir.
Bu barədə bu gün, iyulun 3-də Dövlət Gömrük Komitəsi məlumat yayıb:
“Biləsuvar Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda Azərbaycana piyada gələn İran vətəndaşları saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində, saxlanan şəxslərdən birinin daxili orqanında (düz bağırsağında) 5 ədəd bükümdə narkotik vasitələr - xalis çəkisi 143,05 qram olan heroin, 3,80 qram tiryək və 0,560 qram psixotrop maddə - metamfetamin aşkar edilib”, məlumatda vurğulanır.
Saxlanan şəxsin adı açıqlanmır. Onun və ya vəkilinin ittihama münasibətini öyrənmək mümkün olmayıb.