Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 08:46

İran ‘separatçılara bağlı iki qrupun’ həbs olunduğunu bildirir


AK-47

İranın Kəşfiyyat Nazirliyi bildirir ki, ölkənin qərbində iki “terrorçu yuvası” aşkar olunaraq ləğv edilib.

Nazirliyin mayın 6-da dərc edilmiş bəyanatında deyilir ki, “separatçı qruplarla” bağlı olan terrorçular İrana qonşu ölkənin ərazisindən keçərək təxribat və terror törətməyə çalışıblar.

Bu da bildirilir ki, sözü gedən qrupun 16 üzvündən iki ədəd AK-47 avtomatı və başqa sursat tapılıb.

Yarırəsmi Fars agentliyi Kəşfiyyat Nazirliyinə istinadən xəbər verir ki, “terrorçu qrupun lideri Avropada oturur və bir ərəb ölkəsindən dəstək alır”.

Bu iddialar barədə müstəqil məlumat əldə etmək mümkün olmayıb.

İran mediası yazır ki, sözü gedən qrupun bəzi üzvləri vətəndaşları öldürməkdə və sahibkar və tacirlərdən reketlə pul qopartmaqda şübhəli bilinir.

Xəbərlərdən birində deyilir ki, “terrorçu qruplaşmanın üzvlərindən biri İran hökumətini dəstəkləyən bir nəfərin uşağını öldürüb”.

Bu ərazidə kürd separatçılarla atışmalar olur

Bundan bir həftə əvvəl verilən xəbərlərdə deyilirdi ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç üzvü ölkənin İraqla sərhədində baş vermiş atışmada öldürülüb. Onların arasında bir polkovnik də olub.

Bəzi xəbərlərə görə İraq sərhədindən 60 kilometr məsafədə olan və kürdlərin yaşadığı Divandərə şəhəri yaxınlığında “bir neçə əks-inqilabçı məhv edilib”.

Bütün bu xəbərlərdə “düşmən tərəfin” kim olduğuna aydınlıq gətirilmir.

Bu ərazində İran təhlükəsizlik qüvvələri ilə kürd separatçılar arasında toqquşmalar tez-tez baş verir.

XS
SM
MD
LG