Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:22

İranda məşhur reper zaminə buraxılıb


Tumac Salehi
Tumac Salehi

İranda gənc qadın Məsha Əmininin ölümü ilə bağlı kütləvi aksiyaları dəstəklədiyinə görə həbs olunmuş tanınmış reper bir il həbsxanada saxlandıqdan sonra zaminə buraxılıb.

32 yaşlı Tumac Salehi X platformasında yazdığı postda qeyd edir edir ki, Ali Məhkəmə onun apellyasiya müraciətinə baxaraq ilkin mühakimədə qüsurlara yol verildiyini aşkar edib.

Məhkəmə bu işi təkrar baxılmaq üçün aşağı instansiyaya qaytarıb.

İttihamlar

Salehi iyul ayında "ictimai asayişə və ölkənin təhlükəsizliyinə hədə yaratmaq" ittihamı ilə 6 il 3 ay müdətinə azadlıqdan məhrum edilmişdi.

Bu, İranın ədliyyə sistemində ən ağır ittihamlardan biridir.

Bununla belə məhkəmə reperin "İslam inqilabının banisini və liderini təhqir, habelə düşmən hökumətlərlə əlaqə" ittihamlarına xitam verib.

Qapalı keçirilən dinləmədə məhkəmə habelə Salehiyə azad edildikdən sonra iki il müddətində yaradıcılıqla məşğul olmağı qadağan etmişdi.

Hakimiyyətin tənqidi

Salehi 2022-ciilin oktyabrında 22 yaşlı Əmininin hicabla bağlı ölümünə görə başlanmış aksiyalara açıq dəstək verdiyinə görə həbs olunmuşdu.

İran hakimiyyəti sözü gedən aksiyaların xarici hökumətlər tərəfindən qızışdırıldığını iddia edirdi.

Bu aksiyalar zamanı yüzlərlə ölən, minlərlə saxlanan olub.

Salehini həmçinin internetdə "yalanlar yaymaqda" və "antihökumət təbbliğatında" ittiham edirdilər.

Salehinin mahnılarında ölkədə yayılmış korrupsiya, yoxsulluq, edamlar və etirazçılara divan tutulması tənqid edilir.

O hakimiyyəti "xalqın nəfəsini kəsməkdə" günahlandırır.

XS
SM
MD
LG