Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:27

İranda törədilən son hücumla bağlı 10 nəfər həbs edilib


İranda partlayış

İranın təhlükəsizlik qüvvələri bu yaxınlarda ölkənin cənub-şərqində törədilən terror aktı ilə bağlılıqda şübhəli bilinən 10 nəfəri həbs edib.

Bu barədə İRNA agentliyi dekabrın 9-da polis rəisi Hossein Ashtari-yə istinadla xəbər verir.

O qeyd edib ki, ictimaiyyətlə əməkdaşlıq nəticəsində yaxşı dəlillər əldə olunub və ümid edirik ki, əsas başçılara çıxa biləcəyik.

Polis rəisinin sözlərinə görə,şübhəlilərin əksəriyyəti ayırd edilib və hazırda axtarışdadırlar.

Dekabrın 6-da İranın Cabahar şəhərindəki polis məntəqəsinin ətrafında törədilən partlayışda azı 2 polis əməkdaşı həlak olub,40-a yaxın adamsa yaralanıb.

Hücuma görə cavabdehliyi “Ansar al-Furqan” adlı sünni qrupu üzərinə götürüb.

Cabahar şəhəri Sistan-Bəlucistan əyalətində yerləşir.

Sünni qrupları son illlər bu bölgədə təhlükəsizlik qüvvələrinə dəfələrlə bu cür hcumlar ediblər.

XS
SM
MD
LG