Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

İranda hökumətə etiraz və dəstək aksiyalarının davam etdiyi bildirilir


Tehran 5 Yanvar, 2018.AFP PHOTO / ATTA KENARE
Tehran 5 Yanvar, 2018.AFP PHOTO / ATTA KENARE

İranda etiraz aksiyalarının davam etməsi barədə məlumatlar gəlir.

Sosial media yanvarın 6-da paytaxt Tehran və ölkənin digər vilayətlərində hökumət əleyhinə mitinqlərdən görüntülər yayıb.

Eyni zamanda İranın dövlət televiziyası ölkənin bir neçə şəhərində hökumətə dəstək aksiyaları keçirildiyini göstərib.

Qeyd edək ki, bunlar ABŞ-ın BMT-dəki elçisi Niki Heyli-nin (Nikki Haley) İrandakı etiraz aksiyalarını dəstəkləməyə çağırmasından bir neçə saat sonra baş verir.

Nikki Haley
Nikki Haley

Buna da bax: "Keçmiş İran şahının oğlu: "Nə qədər dözmək olar?"

Nikki Haley sessiyanın açılışında deyib ki, “İranda xalqının istədiyini hökumətin verməməyə ixtiyarı yoxdur”, çünki bu, “onların insan haqlarıdır”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Birləşmiş Ştatların İranla bağlı sessiya keçirmək təşəbbüsünü pisləyib və bunu İranın daxili işlərinə açıq müdaxilə adlandırıb.

İranın BMT-dəki elçisi Gholamali Khoshroo da ABŞ-ı şuranın mandatına daxil olmayan məsələni bu qurumda müzakirəyə çıxarmaqla güçündən sui-istifadə etməkdə günahlandırıb.

Həmçinin Çin,İsveç, Boliviya və bir sıra ölkələr şuranın İrandakı etirazların müzakirəsi üçün düzgün yer olub-olmamasını sual altında qoyublar.

Fransanın BMT-dəki elçisi Francois Delattreisə deyib ki, son günlər İranda baş verən hadisələr nə qədər narahatlıq doğursa da, bu beynəlxalq sülh və təhlükəsizliyə əngəl deyil.

Azadlıq Radiosunda olan məlumata görə, son günlər İranda keçirilən etiraz nümayişlərində azı 22 nəfər ölüb, təxminən 1700 nəfərsə həbs edilib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, İran hakimiyyəti etirazçıların istifadə elədiyi əsas sosial şəbəkələri blokladıkdan sonra mitinqlər səngimişdi.

Buna da bax:İqtidaryönlü xəbərləri necə düzəldirlər?

XS
SM
MD
LG