Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:44

İqtisadçı : “İranda dolların bahalaşması Azərbaycanda da hiss olunacaq”


Tehran, bazarda etiraz aksiyası
Tehran, bazarda etiraz aksiyası

“İranda ABŞ dollarının bahalaşması sərhədyanı alış-verişə, hələ ki, bir elə də təsir etməyib.”

Astarada ərzaq və qeyri ərzaq məhsullarının satışı ilə məşğul olan bir mağaza sahibi belə deyir:

“Mağzada əsasən İran malları satılır. Bu malları da İrandan qayıdanlardan alırıq. Yağdan tutmuş yuyucu tozlara qədər var. Geyim şeyləri yoxdur. Çünki bizdə həmin mallar daha ucuzdur. İranda ABŞ dollarının bahalaşmasının təsirini sərhədyanı ticarətdə işləyənlər azca da olsa hiss edirlər. Manatımız dolların yedəyində gedir. Orada dollar bahalaşanda manat da bahalaşır. Belə olmasa İrana alış-verişə gedənlər daha çox mal ala bilərlər. ”

O deyir ki, İranda o mallar bahalaşıb ki, onları xaricdən gətirirlər:

“İranda belə malların qiyməti 40-50 faiz bahalaşıb. Bizə o qədər də təsiri yoxdur.”

“İranda dollar etibarlıdır”

Dollar
Dollar

​​Sərhəddə bir İran vətəndaşı ilə söhbət edirik.O, deyir ki, yaşayış getdikcə ağırlaşır:

“Dollar orada oynayır. Bir neçə gün əvvəl bir dollar 7400 tümən idi. Sonra 8100 tümənə yüksəldi. (10 rial bir tüməndir-r) İranda dollar etibarlıdır. Ancaq İranda alış-veriş milli pul olan rialladır.”

“Bir çox yerli məhsullar bizdəkindən ucuzdur”

Yenicə İrandan qayıdan Astara rayon sakini Fayıq Cəfərzadənin deməsinə görə, bu ölkədə insanların narahatlığı artıb:

“İranada hiss etdim ki, adamlar narahatdırlar. Bazarda bir çox məhsulların qiyməti qalxıb. Bizim bazarlarda isə belə hallar müşahidə olunmur. Ən qəribəsi odur ki, İranda istənilən satıcıya yaxınlaşanda kassasından çoxlu Azərbaycan manatı çıxardır. Bizim pullar onların əlindədir. Buna baxmayaraq onlarda bir çox yerli məhsullar bizdəkindən ucuzdur. Dolların bahalaşması Azərbaycana gələn İranlıların sayını da azaldıb.”

İqtisadçı Vidadi Mirzəyev-in fikrincə isə İranda dolların bahalaşması Azərbaycana təsirsiz ötüşmyəcək:

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

“Sərhədyanı ərazilərdə elə də güclü bazar yoxdur. İrandan toptansatış məhsullar az gəlir. Əsasən İran istehsalı olan məhsullardır. Sementdir, digər tikinti materaillarıdır. Payız və qış fəsillərində kənd təsərrüfatı məhsullardır. İranda dolların bahalaşmsı davam etsə biz də bunu tədricən hiss edəcəyik. Hələki, Azərbayacanın maliyyə bazarı belə hallara müqavimət göstərmək gücündədir. İrana tədbiq edilən sanksiyalar təsirsiz ötüşmür. O ölkənin ixarci azdırsa valiyuta ehtiyatı da az olur. Bu da maliyyə bazarında problemlər yardır.İranda maliyyə böhranı davam edəcək. Hər halda Azərbaycan hökuməti bunları nəzərə almalıdır. ”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG