Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 12:23

İranda dissident rejissorun həbsxana cəzasını daha 61 ay uzadıblar


Məhəmməd Nurizad
Məhəmməd Nurizad

İranda həbsxanada olan dissident kinorejissor Məhəmməd Nurizad bildirib ki, onun cəza müddətini daha 61 ay artırıblar.

O Tehranın məşhur Evin həbsxanasında cəza çəkir.

Həbsxanadan zəng edən Nurizadın dediyinə görə ona cəzasının uzadılmasını həbxana gözətçisi deyib.

Gözətçi deyib ki, onun cəzasını həbsxana divarları arasında etiraz fəaliyyətlərinə və “həbsxana telefonlarını sındırdığına” görə uzadıblar.

"Böyük oğurluq"

Kinorejissor deyib:

"Mən böyük oğurluqlar görəndə sakit dayana bilmirəm. İran məhbuslarının fondundan toplam 900 milyard rial (1.5 milyon dollar) oğurlanıb...Hamı susmağı seçib, amma mən etiraz etmişəm”.

Mühafizəkar Keyhan qəzetinin keçmiş jurnasisti Nurizad 2018-ci ilin iyununda ali rəhbər ayətüllah Əli Xameneyinin istefasına çağıran 14 vətəndaş və siyasi fəaldan biri olub.

İndiyədək bir neçə filmin ssenarisini yazmış və rejissorluğunu etmiş Nurizad 2019-cu ildən toplam 17 illik həbsxana cəzası çəlkir.

“Qırmızı xətt”

İranda bütün məsələlərdə “son söz sahibi” olan Xameneyinin tənqidi İran hakimiyyəti üçün “qırmızı xətdir” və bu xətti keçənlər adətən məhbəsə atılırlar.

Onlar burada təkadamlıq kameralara salınır və çox vaxt işgəncələrə məruz qalırlar.

Nurizad əvvəlcə 15 il azadlıqdan məhrum edilmiş və ölkədən çıxmasına ikiillik qadağan qoyulmuşdu.

Ötən avqustda keçirilən daha bir məhkəmə onun cəzasını 8 aya və 74 şallağa endirmişdi.

Bundan əvvəl Nurizad iki ayrı-ayrı işlər üzrə məhkum edilmişdi.

Keçmiş jurnalist deyib ki, son məhkəmə dinləməsinə getməkdən imtina edib.

O vurğulayıb ki, məhkəmənin hökmünü qəbul etmir, amma ona etiraz da etməyəcək.

XS
SM
MD
LG