Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

İran millət vəkili koronavirusdan ölüb


Dövlət mediasının yaydığı xəbərlərə görə İranda millət vəkili koronavirusdan ölüb.

Independent yazır ki, parlamentə yenicə seçilmiş Mohammad Ali Ramazani Dastak-ın virusa bir neçə gün bundan əvvəl yoluxduğu bildirlir.

IRNA agentliyi xəbər verir ki, o fevralın 29-da “qrip və kimyəvi zədələnmə” diaqnozu ilə xəstəxanaya aparılıb və orada keçinib.

Bundan az əvvəl İran Səhiyyə Nazirliyinin sözçüsü ölkədə 593 nəfərin koronavirusa yoluxduğunu, bunlardan 43-nün öldüyünü bildirmişdi.

Kianush Jahanpur dövlət telekanalına deyib ki, son 24 saatda 9 nəfər bu virusa yoluxmadan ölüb.

Sözçü bunu da bildirib ki, dünən daha 205 nəfərdə virusun tapıldığı təsdiqlənib.

Lakin İran səhiyyə rəsmiləri BBC-yə virusa yoluxmadan azı 210 nəfərin öldüyünü deyiblər.

ABŞ və Qərb İranı xəstəliyin yayılması miqyasını gizlətməkdə ittiham edir.

Jahanpour israr edib ki, hökumət bu məsələdə şəffafdır, BBC isə yalan məlumatlar yayır.

İran koronavirusa yoluxanların sayına görə Çindən sonra ikinci ölkədir.

Fevralın 29-da Bəhreyn bildirib ki, ölkəyə İrandan gələn və virus analizindən keçməyənlərə cinayət işi qaldırılacaq.

Bəhreyndə İrandan qaynaqlanan 38 yoluxma halı qeydə alınıb.

Lakin bu da bildirilir ki, İrandan Bəhreynə gələn 2292 nəfərdən yalnız 310-u tibbi müayinədən keçib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG