Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:32

İranda koronavirusdan ölənlərin sayı 4-ə çatdı


Tehranın Böyük bazarında

İrandan gələn xəbərlərdə deyilir ki, orada koronavirusa yoluxanlardan daha ikisi vəfat edib.

Beləliklə İranda bu virusa yoluxanların ümumi sayı 18-ə, ölənlərin sayı isə 4-ə çatıb.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur fevralın 21-də deyib ki, ölkədə virusa yoluxmanın yeni 13 halı qeydə alınıb.

Yeni yoluxanların 7-si Qumda, 4-ü Tehranda və 2-si Xəzər sahilindəki Gilan şəhərindədir.

Koronavirusun yayılma xəritəsi və statistikası
Koronavirusun yayılma xəritəsi və statistikası

Bunlar Yaxın Şərqdə koronavirusa ilk yoluxma hallarıdır.

Jahanpur əlavə edib ki, Dünya Səhiyyə Təşkilatı (DST) İrana COVID-19 virusunu aşkarlayan ləvazimatların dörd dəstini göndərib.

İranda kopronavirus yoluxmalarının genişləndiyi bir vaxtda Ermənistanda ehtiyat tədbirlərinin görüldüyü xəbər verilir.

Ermənistanın səhiyyə naziri Arsen Torosyan fevralın 21-də deyib ki, İranla sərhəddəki vəziyyət monitorinq edilir.

Torosyan Facebook-da yazır ki, Meğri sərhəd keçidindən və Yerevan hava limanından gələnlər ciddi yoxlanır.

Bu da xəbər verilir ki, Novruz bayramı ərəfəsində hər il İrandan Ermənistana minlərlə turist gəlir.

***

İran fevralın 20-də bildirib ki, müqəddəs Qum şəhərində daha 3 nəfərdə koronavirus tapılıb.

Bundan əvvəl elə burada iki nəfərin bu virusa yoluxduğu xəbər verilmişdi.

IRNA dövlət xəbər agentliyi bildirir ki, Tehranın 140 kilometrliyində yerləşən Qumda bütün məktəblər, şiə seminariyaları da daxil bütün ali məktəblər bağlanıb.

Virusun yayılmasından ehtiyat edən qonşu İraq sərhəd keçidlərini bağlayıb və İrana bütün uçuşları dayandırıb.

İranın Səhiyyə Nazirliyi bildirib ki, beləliklə ölkədə COVID-19 virusuna yoluxanların sayı 5-ə çatıb.

Fevralın 19-da bu virusdan ölmüş iki iranlı da sözü gedən 5 yoluxma halına daxildir.

İran səhiyyə nazirinin müavini Mohammad Mahdi deyib ki, virusa yoluxanların heç birinin çinlilərlə birbaşa təmasının olduğu düşünülmür.

Hakimiyyət orqanları hazırda virusun bu beş nəfərə hansı yolla yoluxduğunu müəyyənləşdirməyə çalışır.

Versiyalardan biri də budur ki, virusu müqəddəs şəhəri ziyarət etmək üçün xaricdən gələn zəvvarlar gətirə bilərdilər.

Çindən evakuasiya edilmiş 60 iranlı tələbə 14 günlük karantindən sonra heç bir sağlamlıq problemi olmadan evlərinə buraxılıb.

Ən son məlumata görə görə hazırda dünya boyunca koronavirusa 76221 nəfər yoluxub, onlardan 2247-si vəfat edib.

Yoluxma hallarının böyük əksəriyyəti Çində qeydə alınıb.

Bu virus ilk dəfə Çinin Uhan şəhərində, dekabr ayında yayılmağa başlayıb.

XS
SM
MD
LG