Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:00

İranda 100-dək etiraz liderindən bəzilərinin edam oluna biləcəyi deyilir


Ayətüllah Ahmad Khatami

İran ədliyyəsi ölkədə yanacağın qiymətinin qaldırılması ilə başlanmış kütləvi nümayişlərin ardınca etirazların lideri olduğu iddia edilən 100-dək insanın həbs olunduğunu bəyan edib.

Xəbər verilir ki, bu, 2017-ci ilin sonlarından bəri ara-sıra qalxan etiraz aksiyalarının ardınca aparılan həbslərin ən böyüyüdür.

İran rəsmiləri etiraz liderlərindən bəzilərini hətta edam cəzasının gözləyə biləcəyini deyirlər.

İran hakimiyyəti adətən etiraz aksiyalarında ölənlərin sayını ya gizlədir, ya da bir qayda olaraq azaldır. Lakin budəfəki etirazlar zamanı internetin tamamilə kəsilməsi baş verənlərin miqyasını qiymətləndirməkdə xüsusilə çətinlik yaradıb.

BMT və başqa beynəlxalq insan haqları təşkilatları İranda son etirazlar zamanı onlarca insanın həlak olduğunu ehtimal etdiklərini bildirirlər. Belə vəziyyətdə həbs edilənlərin də rəsmən elan ediləndən qat-qat çox ola biləcəyi məntiqli görünür.

İran hakimiyyəti interneti bərpa etməyə başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Amnesty International təşkilatı İranda etirazlar zamanı yüzdən çox nümayişçinin həlak olduğuna inandığını bildirirdi.

Tehran xaricdən səslənən ölü sayının “qondarma” olduğunu bildirir və deyir ki, etirazlar zamanı 9 nəfər həlak olub və mindən çox etirazçı həbs edilib.

İnternetə sızmış azsaylı fotolar və videolar etirazların İranın 100-dən çox şəhərini bürüdüyünü göstərir.

Tehranda cümə namazını aparan ayətüllah Ahmad Khatami noyabrın 22-də deyib ki, “etirazların bəzi liderləri anarxistdirlər və ölüm cəzasına layiqdirlər”.

O etirazçıları məscidlərə və başqa islami təsisatlara hücumlarda ittiam edib.

Başqa rəsmilər isə etirazçıları ya “xuliqan”, ya da “iğtişaşçı” adlandırırlar.

Yarıhərbi ictimai polis – Bəsic qüvvələrinin briqada generalı Salar Abnoosh deyib ki, bu xəyantəin arxasında “İsrail, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanından ibarət şər koalisiyası” dayanır.

Etirazların gedişində çox sayda, bank, mağaza və başqa ictimai binaların yandırıldığı və dağıdıldığı xəbər verilib.

Etirazlardan sonra Tehran küçələrindən birində
Etirazlardan sonra Tehran küçələrindən birində

İran mediası yanacaq etirazlarının qalxmasına ABŞ sanksiyalarına görə benzinə limit qoyulmasının səbəb olduğunu bildirir.

İran ədliyyəsinin rəhbəri Gholamhossein Esmaili noyabrın 22-də deyib ki, “İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkənin müxtəlif yerlərində etirazların 100-dək liderini və aparıcı fiqurunu həbs edib”.

İnternet azadlığı qrupunun NetBlocks.org saytı bildirir ki, İranda internetə giriş 6 gün bundan əvvəl tam bağlanmışdı və hakimiyyətin internetin bərpa edilməsinə dair bəyanatlarına baxmayaraq iranlıların xarici aləmlə əlaqəsi hələ də bərpa olunmayıb.

Bu arada noyabrın 22-də ABŞ İranın kommunikasiya naziri Mohammad Javad Azari-Jahrominin adını sanksiya siyahısına saldığını bildirib. O ölkə internetinin bağlanmasında və senzura tətbiq edilməsindəki roluna görə cəzalandırılır.

Jahromi internetin bərpa edilməsinə başlandığını bildirsə də, beynəlxalq müşahidə qrupları iranlıların smartfonlardan hələ də istifadə edə bilmədiklərini deyirlər.

Noyabrın 22-də Ayatollah Khatami televiziya ilə canlı yayınlanan cümə xütbəsində deyib ki, “adamlara cinayət törətməyi öyrədən xarici şəbəkələr blok altında saxlanmalıdır”.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG