Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

İrana gedib-gələnlərin oradan gətirdikləri


İrandan gələn
İrandan gələn

Bütöv gün ərzində ( 24 saat) Astara keçid məntəqəsindən İrana 2 mindən çox Azərbaycan vətəndaşının keçdiyi bildirilir. Yeni il ərəfəsində İrana gedənlərin sayının gündən-günə artdığı qeyd edilir. Sərhədyanı ərazidə ticarətlə məşğul olan sahibkarlardan biri bunun səbəbini İranda dolların bahalaşması ilə izah edir:

“Bizim pul bahalaşır, axı ”

Manat və dollar
Manat və dollar

“Bir Amerika dolları 12600 tümən olub. Bir neçə gün bundan əvvəl “qara bazar”da Amerika dolları 17 min tümənə çatdı. Bu 3-4 saat çəkdi. Sonra əvvəlki qiymətə düşdü. İran bazarında isehlak məhsulların qiymətləri tez-tez dəyişir. Qalxanda da az enir. Bu şəkildə malların qiyməti mərhələ-mərhələ qalxır. Tümən Amerika dollarına və Azərbaycan manatına nisbətdə düşməkdə davam edir. İranlılar üçün malların qiyməti qalxsa da, bizim üçün sərfəlidir. Bizim pul bahalaşır, axı ”

“Dərman da gətirirlər”

O deyir ki, İrana gedən Azərbaycan vətəndaşların əllərinə nə keçir gətirirlər:

“İndi daha çox elektrik avadanlığı gətirirlər. Xüsusən süddən yağ əldə etmək üçün maşın var, ondan gətirirlər. Balıq və ət məhsulları da var. Əsasən şəxsi istifadə üçündür. Dərman da gətirirlər. Yuyucu tozlar, sabun, konfetlər və sair məhsullar var. İran Astarasında bir tanışım var, əlaqə saxlayırıq.O deyirdi ki, Azərbaycandan gələnlər Amerika dolları çox gətirərdilər, indi azalıb. Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrindən bura gəlib onlardan mal alırlar ”

“Gömrük Komitəsinə şikayyət edəcəyəm”

Səttar Hüseynov
Səttar Hüseynov

Astara gömrüyünün çıxış qapısnın qarşısında bir müddət müşahidə aparırıq. Fasiləsiz olaraq vətəndaşlar əllərində yük oradan keçirlər.

Astara şəhər sakini Səttar Hüsenov deyir ki, gömrüyün içərisində böyük növbə var:

“İrana gedəndə rahat getdim. Oradan gələndə yüklə gəldim.Yükləri bir-bir yoxlayırlar, nəticədə böyük növbə yaranır. Növbə gecə saatlarına kimi çəkir. Bizim gömrükdə siqareti əlimdən aldılar. Rüsumu ödəsəm də mallarımı mənə vermədlir. Bir neçə gün anabarda saxlayırlar ki,anbar pulu alsınlar. Gömrük Komitəsinə şikayyət edəcəyəm.”

“Pensiyamı aldım, İrana bazarlığa getdim ”

Yaşlı bir qadın isə deyir ki,İrana bazarlığa gedib, lakin ona sərf etməyib:

“Pensiyamı aldım, İrana bazarlığa getdim. Əsasən ərzaq almışam. Düyü, un, qənd, toyuq əti. Hərəsindən bir az. Mənə dəyib dolşan olmadı. Məndə nə var axı? İranda da, burda da kömək etdilər. Bizim kimi adamlara sərf etmir. Saatlarla növbəyə durmuşam, xəstələnməsəm yaxşıdır. Alverçilərə əl verir.”

“250 manat qabağa düşmüşəm..."

İrandan paltaryuyan maşın alan kişi
İrandan paltaryuyan maşın alan kişi

Orta yaşlı bir kişi çiyninə atdığı yükü çətinliklə aparır. O deyir ki, paltaryuyan maşın alıb:

“250 manat qabağa düşmüşəm. Bunu gətirə bildim. Gömrükdə incitdilər, sonda buraxdılar”

Onun bayramını təbrik edirəm ( dekabrın 31-i Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrüylik günü qeyd edilir-red). O, isə belə cavab verir:

“ Hansı bayaramı deyirsiniz? Yanvarın birini deyirsiz? Kimin pulu var onun üçün hər gün bayramdır...”

Astara gömrüyündən şikayətlərə, hələlik, Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma qurumun rəhbərliyi bir qayda olaraq bəyan edir ki, onlara müraciət olarsa şikayətlər araşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG