Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

İranda yenə də zəlzələ olub


Dekabrın 1-də İranın Rəvar məntəqəsi yaxınlığında 7, 3 bal gücündə zəlzələ olmuşdu
Dekabrın 1-də İranın Rəvar məntəqəsi yaxınlığında 7, 3 bal gücündə zəlzələ olmuşdu

Dekabrın 11-də İranın qərbində 6, 0 bal gücündə zəlzələ olub.

Zəlzələnin episentrinin Ezgele məntəqəsi yaxınlığında olduğu xəbər verilir, lakin təkanlar bu bölgədə ən böyük şəhər olan Kirmanşahda da hiss edilib.

Ötən ay yenə də İranın qərbində 7, 3 bal gücündə zəlzəli olmuş, nəticədə 530 nəfər ölmüş, minlərlə insan yaralanmışdı.

Tələfat və dağıntıəlar haqqında məlumatlar hələ yoxdur.

İran böyük tektonik çatlar üstündə yerləşdiyindən burada zəlzələlər tez-tez baş verir.

2003-cü ildə tarixi Bam şəhərində baş vermiş 6, 6 bal gücündə zəlzələ 26 min insanın tələfatına səbəb olmuşdu.

XS
SM
MD
LG