Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

İranda daha iki zəlzələ baş verib


Dekabrın 27-də Əlburz şəhərində baş vermiş zəlzələnin təkanları Tehranda da hiss olunub
Dekabrın 27-də Əlburz şəhərində baş vermiş zəlzələnin təkanları Tehranda da hiss olunub

İran xəbər agentliklərinin məlumatına görə ölkənin ayrı-ayrı hissələrində baş vermiş iki zəlzələ nəticəsində bir nəfər həlak olub, daha 56 nəfər müxtəlif xəsarətlər alıb.

Dövlət xəbər agentliyi IRNA dekabrın 27-də bildirib ki, Tehranın 50 kilometrliyində yerləşən Əlburz şəhərində baş vermiş 4, 2 ballıq zəlzələ zamanı bir nəfər infarktdan ölüb.

ISNA agentliyi isə xəbər verir ki, Kirman vilayətində, Tehranın 700 kilometrliyindəki Hojedk kəndində 5, 1 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Son bir aydan da az müddətdə İranın müxtəlif yerlərində silsilə zəlzələlər baş verib. İran əsas tektonik çatların üstündə yerləşir.

Dekabrın 21-də Kirman vilayətində baş vermiş 5, 2 bal gücündə zəlzələ zamanı azı 23 nəfər xəsarət almışdı. Bundan iki gün əvvəl episentri Tehran yaxınlığında olan eyni güclü zəlzələ zamanı azı iki nəfər ölmüşdü.

Yenə də Kirman vilayətində dekabrın 12-də baş vermiş 6, 2 bal gücündə azı 18 nəfər xəsarət almış, 20-dək ev dağılmışdı.

2003-cü ildə İranın Kirman vilayətindəki Bam şəhərində baş vermiş 6, 6 bal gücündə zəlzələ 31 minədək insanın həyatına son qoymuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG