Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

İranın Yerevandakı səfiri narahatlığını bildirib


İranın Yerevandakı səfiri Abbas Bədəxşan Zühuri (solda) və Ermənistan Təhlkəsizlik Şurasının katibi Armen Qriqoryan
İranın Yerevandakı səfiri Abbas Bədəxşan Zühuri (solda) və Ermənistan Təhlkəsizlik Şurasının katibi Armen Qriqoryan

İranın Yerevandakı səfiri Abbas Bədəxşan Zühuri sentyabrın 22-də Ermənistan Təhlkəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb

İranın Yerevandakı səfiri Abbas Bədəxşan Zühuri sentyabrın 22-də Ermənistan Təhlkəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə iki ölkəni birləşdirən infrastrukturdan istifadədə yaranmış problemlərdən narahat olduğunu bildirib.

Armeni Qriqoryan deyib ki, Ermənsitan bu məsələnin iranlı həmkarlar üçün həssas bir məsələ olduğunu başa düşür.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Yerevan habelə bu məsələnin mümkün qədər tez həll olunmasında maraqlıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, 10 gün bundan əvvəl Azərbaycan hərbi qüvvələri Gorus-Qafan avtomobil yolunub Vorotan sahəsində post quraraq İran maşınlarının saxlanmasına və sənədlərin yoxlanmasına başlayıb.

Erməni siyasətçi deyir ki, qonşularla oturub danışmaq lazımdır
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

İran sürücüləri Azərbaycan postunda onlardan gömrük haqqının ödənməsinin tələb olunduğunu deyiblər.

İranlı sürücülərdən ikisi Azərbaycan tərəfindən saxlanıb.

İranın Bakıdakı səfiri indiyədək iki dəfə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Ötən həftənin sonunda İranın Xarici İşlər Nazirliyi saxlanmış sürücülərin azad olunmasını və bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ilə görüş istədiyini bildirmişdi.

Sentyabrın 18-də Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Andranik Koçaryan demişdi ki, Azərbaycanın hərəkətləri İrana yönəlib və buna görə də Bakı və Tehran bu fəaliyyətlərin qanuni-qanunsuz olması barədə nəticəyə gəlməlidirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG