Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

İran okeana ‘yeni tipli böyük hərbi gəmi’ buraxdığını deyir


İİKK donanma komandanı Əli Rza Təngsiri
İİKK donanma komandanı Əli Rza Təngsiri

İranın seçmə İnqilab Keşikçiləri Korpusu (İİKK) öz cəbbəxanasına təyyarələr, raket qurğuları və dronlar daşımağa qabil gəmi əlavə edib.

Reuters agentliyi yazır ki, bu barədə məlumatı noyabrın 19-da İranın dövlət mediası yayıb.

Agentlik diqqəti belə bir məqama çəkib ki, İİKK-nin cəbbəxanasında bu yenilik Tehran və Vaşinqton arasında gərginliyin xeyli yüksəldiyi vaxta təsadüf edir.

İran və ABŞ arasında münasibətlər prezident Donald Trump 2018-ci ildə Birləşmiş Ştatları birtərəfkli qaydada 2015-ci ilin nüvə sazişindən çıxarandan sonra gərginləşib.

Bu razılaşma Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində İran üzərindən beynəlxalq sanksiyaları qaldırmağa imkan verməliydi.

Bundan bir neçə gün əvvəl Reuters-in verdiyi xəbərdə deyilirdi ki, Trump İranın əsas nüvə qurğusu olan Natanza hərbi zərbə endirilməsi barədə variantları nəzərdən keçirib.

İİKK isə bildirmişdi ki, İran öz üzərinə hər hansı bir zərbəyə “dağıdıcı” cavab verəcək.

“Üzən şəhər”

İranın dövlət telekanalları noyabrın 19-da bildiriblər ki, “çoxfunksiyalı, uzaqmənzilli döyüş gəmisi hər tipdən olan təyyarələri, dronları, raket və radar sistemlətini daşımağa qabildir”.

Bu yeni tip gəminin İİKK-in donanmasına verildiyi deyilir.

Xəbərlərdə qeyd olunur ki, İranın Şahid Rudəki adlı gəmisi əslində okean missiyaları üçün nəzərdə tutulmuş “üzən şəhərdir”.

İİKK donanma komandanı Əli Rza Təngsiri deyib ki, yeni gəmi “okeanlarda dəniz daşımaları xətlərinin, neft tankerlərinin, ticarət və dəniz donanmalarının təhlükəsizliyini təmin edəcək”.

Bu da xəbər verilir ki, yeni döyüş gəmisinin uzunluğu 150 metrdir.

ABŞ-ın Bəhreyndə mənzillənmiş 5-ci Donanması Reuters-in İranın yeni gəmisi barədə sorğusuna şərh verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG