Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

Şair azadlığa çıxdı və mükafat aldı


Məhvəş Sabet
Məhvəş Sabet

İran şairi Məhvəş Sabet 2017-ci il üçün Beynəlxalq Yazıçı Cəsurluğu mükafatına layiq görülüb və o eyni zamanda PEN Pinter mükafatını irland yazıçıMichael Longley ilə bölüşəcək.

Sabet az qala on il müddətində Tehran həbsxanasında məhbus olduqdan sonra nəhayət bu günlərdə azad edilib.

Oktyabrın 10-da Londondakı Britaniya Kitabxanasında keçirilən PEN Pinter mükafatının təqdimatı mərasimində Belfastda yaşayan şair Longley, Sabeti Beynəlxalq Yazıçı Cəsurluğu titulunun sahibi elan edib.

PEN Pinter Mükafatı hər il bir qayda olaraq Britaniyadan, İrlandiya Respublikasından və ya Britaniya Birliyi ölkələrinin birindən olan bir yazıçıya təqdim edilir.

Bu mükafat rəsmi olaraq “bu dünyaya qətiyyətli və mətin nəzər salan” və “həyat və cəmiyyətimizin real həqiqətlərinin təsvirində intellektual əzmkarlıq göstərən” yazıçılara verilir.

Mükafat 2009-cu ildə dramaturq Harold Pinterin xatirəsi kimi təsis edilib və hər il onunla yanaşı Beynəlxalq Yazıçı Cəsurluğu titulu da təqdim olunur. Bu mükafatı isə “ifadə azadlığının qızğın müdafiəçisi olan və bu yolda həyatını və azadlığını riskə qoyan” yazıçılara verirlər.

Bəhayi dinindən olan 7 liderdən ibarət Yarani-İran (İranın dostları) qrupunun üzvü Sabet 2008-ci ildə özünün 6 yoldaşı ilə birlikdə dini təriqətlə məşğuliyyət ittihamı ilə həbs edilmişdi. Onlar mühakimə edilmədən 20 ay müddətində həbsxanada saxlanmışdılar. Məhlkəmə yalnız 2010-ci ilin yanvarında olmuşdu. Bu məhkəmədə onlar İslam Respublikasına qarşı casusluq kimi saxta ittihamla məhkum edilmişdilər.

Bundan beş ay sonra hər bir müttəhimə 20 il iş kəsilmişdi. Sonralar bu cəza 10 il müddətinə qısaldılmışdı. Onlara ittihamın əsli heç bir vaxt təqdim olunmamışdı.

Bu ilin 18 sentyabrında Sabet sözü gedən qrupdan azadlığa çıxan ilk üzv olub. O 10 illik məhbusluqdan sonra yoldaşlarının da azad edilməsinə çağırmışdı.

Sabet şairliyə həbsxanada başlayıb və onun “Həbsxana şeirləri” toplusu Bəhiyyə Nəxcəvaninin tərcüməsində 2013-cü ildə Britaniyadakı George Ronald nəşriyyatında çap olunub. Bu nəşriyyat əslində 1943-cü ildə Bəhayi mövzusunda kitabların çapı üçün yaradılıb.

Nəxcəvani deyib ki, Sabetin şeirləri ona “imtina edilən və heç kəs tərəfindən dinlənilməyən sözün qüdrətini” açıb.

Şair Longley isə iranlı şairənin məhbusluğunu “qəfəsdəki bülbülün məhbusluğuna” bənzədib.

Longley bildirib ki, PEN Pinter mükafatını Məhvəş Sabetlə paylaşmaqdan qürur duyur, çünki şairə sadəcə olaraq bəhaliyinə görə “qəfəsə salınmış bülbül” olub.

İrland şair deyib: “Məhvəş bu dünyanın gözəlliyini tərənnüm edən lirik şairdir. Onun təxəyyülü təntənəlidir. Şeirləri şahə qalxır. Diktatorların yazıçıları məhbəsə ataraq susdurması bütün kainatı qəzəbləndirir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG