Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:36

İran vətəndaşı: 'Vəziyyətmiz əvvəlki kimi deyil'


Astara Gömrük keçid məntəqəsinin qarşıs -2019
Astara Gömrük keçid məntəqəsinin qarşıs -2019

Bu il sentyabrın 1-dən bir ay müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşları daha viza almayacaq. Bundan 12 il əvvəl isə eyni addımı Türkiyə atmışdı.

İndi cəmiyyətdə Azərbaycan tərəfinin İranla bağlı da viza rejimini ləğv edib-etməməsi barədə müzakirələr aparılmaqdadır.

“İrana vizasız gedə bilirik,...”

Astara şəhər sakini, ictimai fəal Asən Həşimli bir qədər keçmişə qayıdır:

“ Son dönəmlər ilk dəfə İranla sərhəd 1990-cı ilin yanvarında açıldı.O vaxtı 3 gün sərhədi açıq saxladılar. Gediş-gəliş sərbəst idi. Sonra 45 kilometrlikdə yaşayanlar üçün gediş-gəlişi sadələşdirdilər. Həm İran, həm də Azərbaycan tərəfi bu qaydaya əməl edirdilər. Sonra həmin o 45 kilometr sadələşdirilmiş qayda ləğv edildi, vizaya keçdilər. İran 2010-cu ildə vizanı birtərfli qaydada ləğv etdi. Biz İrana vizasız gedə bilirik, iranlılar isə Azərbaycana gəlmək üçün viza almalıdırlar. İranda viza elktronlaşdırlıb. Evində əyləşib, viza ala bilərsən. Məbləğ də böyük deyil. İranın özündə belə bir qayda var. Xaricə gedişin sayı artıqca, icazənin də məbləği artır.Bunun vizaya dəxli yoxdur. Bu qayda ilə İran xaricə getmək istəyən vətəndaşların qarşısını almaq istəyir.”

Asən Həşimli, 11 avqust 2018
Asən Həşimli, 11 avqust 2018

“Cənub bölgəsinin rayonlarında çoxlu molla məktəbləri, mədrəsələr açmışdılar”

Onun fikrincə, müstəqilliyin ilk dövrlərində Azərbaycanın cənub bölgəsində İranın təsiri aydın hiss olunurdu:

“Həqiqəti deyim ki, 15-16 il bundan əvvəl sərhəddə vəziyyət yaxşı deyildi. Cənub bölgəsinin rayonlarında qanunsuz olaraq çoxlu molla məktəbləri, mədrəsələr açmışdılar. Narahatçılıq var idi. Sonralar bu qanunsuzluğa son qoyuldu. İndi belə hallar yoxdur. Amma, sərhədyanı ərazilərdə İran televizyalrına ev antenaları ilə baxmaq mümkündür.”

“Bəzi adamlar deyir ki, vizanın ləğvi...”

O hesab edir ki, indi Azərbaycan tərəfi də İran vətəndaşlarından ötrü vizanı ləğv etsə, elə bir problem baş verməyəcək:

“ Bu daha çox iş adamların xeyrinə olar. Sərhədyanı ticarət güclənər. İranlılar Azərbaycana əsasən istirahətə gəlirlər. Bakıya, ordan da Gürücstana gedirlər. İrandan əsasən soydaşlarımız gəlir. Bəzi adamlar deyir ki, vizanın ləğvi Azərbaycana insanların axınını gücləndirər. Mən bu fikirlə razılaşmıram. Bir çox ölklərlə viza gediş-gəlişi ləğv edilib. Onlardan axını görümürük. Azərbaycan xarici qonaqlar üçün cəlbedici olsa da, bizdə bahalıqdır. Xarici qonaqlar Azərbaycan ərazisindən daha çox başqa ölkələrə getmək üçün istifadə edirlər.”

“Dövlətin təhlükəsizlik orqanları işləyirsə heç bir problem olmaz”

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev də bu məsələnin həllindən sonra ciddi problemlərin olacağına inanmır:

“Biz sərhəddə yaşayırıq. Qonşu İranda nə baş verir, xəbərimiz olur. Vizanın götürülməsi dövlətin işidir. Bizim ölkəyə gəlmək üçün İran vətəndaşı pul ödəyərək viza götürür. İranlıların ödədikləri viza pulu onlar üçün böyük məbləğdir. Onlara sanksiyalar var ( ABŞ-ın İrana müxtəlif sahələr üzrə tədbiq etdiyi sanksyalarını nəzərdə tutur-red). Vəziyyətləri yaxşı deyil. Elə işlər var ki, İran tərəfi qaydaya salmalıdır. İranda dəfələrlə olmuşam. İran gömrüyündə insanları yubadırlar. Dövlətin təhlükəsizlik orqanları işləyirsə heç bir problem olmaz.Təhlükəsizlik orqanları işləməlidir.Ancaq bütün hallarda bu dövlətlərin, həm də xalaqların xeyrinə olardı. O tərəf də yaşayanların çoxu azərbaycanlılardır, bu tərəf də. İran qonşu ölkədir. Gediş-gəliş olmalıdır.”

Astaradakı Gömrük keçid məntəqəsinin qarşısı, janvar 2016
Astaradakı Gömrük keçid məntəqəsinin qarşısı, janvar 2016

Astara sərhəd keçid məntəqəsinin önündə də olduq. İrandan qayıdan Azərbaycan vətəndaşlarının dediklərinə görə, son günlər gömrükdə sıxlıq müşahidə olunmur. Onların qeyd etməsinə görə, İrana gedən azərbaycanlıların sayı gündə min nəfəri ötsə də, Azərbayacana gələn İran vətəndaşlarının sayı çox azdır. Azərbaycana ailəsi ilə gələn İran vətəndaşının dedyinə görə, Bakıya getməkdə məqsədi qohumları ilə görüşməkdir:

“Viza məsələsindən xəbərim yoxdur. Amma deyirdilər ki, keçidlə bağlı qaydalarda dəyşiklik olacaq. Bizə baha başa gəlir. Firkirləşirlər ki, artıq xərcdir, gəlmirlər. Vəziyyətmiz də əvvəlki kimi deyil.”

O şəklinin çəkilməsini istəmir. Deyir ki, İranda problemlə üzləşə bilər...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG